Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-381/2024 10.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ağdam rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Ağcabədi rayonu Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu Hindarx qəsəbəsində yaşayan, Şəxs - Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 08 iyun 2024-cü il tarixdə həmkəndliləri Malik və Elburus ilə birlikdə Ağdam rayonunun işğaldan azad olunmuş ərazisinə icazəsiz olaraq keçmiş, orada səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək cəmiyyətə açıqca hörmətsizlik etmiş, onlara yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, barəsində Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Ağdam Rayon Polis Şöbəsinin polis sahə rəisi Zamiq Əhmədzadə göstərdi ki, Şəxs 08 iyun 2024-cü il tarixdə həmkəndliləri M.Muradov və E.Məmmədov ilə birlikdə Ağdam rayonunun işğaldan azad olunmuş ərazisinə qanunsuz olaraq daxil olaraq orada xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, əməkdaşların köməyi ilə rayon polis şöbəsinə gətirilmiş və barəsində protokol tərtib olunmuşdur. Şəxs məhkəmədə təqsirini tam olaraq etiraf etdi, göstərdi ki, 08 iyun 2024-cü il tarixdə Ağdam rayonunun işğaldan azad edilmiş ərazisinə qanunsuz olaraq daxil olaraq polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Özünü təqsirli bilir və əməlindən olduqca peşmandır, nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin polis serjantı X3 ifadəsində göstərdi ki, 08 iyun 2024-ci il tarixdə xidmətdə olarkən Şəxs həmkəndliləri X7 və X4 ilə birlikdə Ağdam rayonunun işğaldan azad edilmiş ərazisinə qanunsuz daxil olduğunu görmüş, Şəxs onlara məhəl qoymayaraq qanuni tələbə tabe olmamışdır.Bundan sonra vətəndaş Şəxs rayon polis şöbəsinə dəvət edilmiş, polis əməkdaşlarının köməyi ilə rayon polis şöbəsinə gətirilmiş və barəsində rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin polis serjantı X5 ifadəsində göstərdi ki, 08 iyun 2024-ci il tarixdə xidmətdə olarkən Şəxs həmkəndliləri X7 və X4 ilə birlikdə Ağdam rayonunun işğaldan azad edilmiş ərazisinə qanunsuz daxil olduğunu görmüş, Şəxs onlara məhəl qoymayaraq qanuni tələbə tabe olmamışdır. Bundan sonra vətəndaş Şəxs rayon polis şöbəsinə dəvət edilmiş, polis əməkdaşlarının köməyi ilə rayon polis şöbəsinə gətirilmiş və barəsində rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur Göründüyü kimi toplanmış materiallarla, işdə olan sübutlarla Şəxs polisin qanuni tələbinə tabe olmaması tamamilə sübuta yetir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinməli və tənbeh edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materialları qiymətləndirib, işin hazırkı halını, Şəxs peşmançılığını nəzərə alıb hesab edir ki, onun islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün inzibati qaydada həbs edilməli və təqsirli bilindiyi maddənin həbs tənbeh tədbiri sanksiyasının aşağı həddində cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, bu yolla onun islah olunmasi yetərlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 535-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106- 119- cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə təqsirli bilinib 10 /on/ gün müddətində inzibati qaydada həbs edilin. Həbsetmənin əvvəli 10 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərardan 10 /on/ gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət edilə bilər. Sədrlik edən : E.Bayramov AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAM RAYON MƏHKƏMƏSİ _________________________________________________________________ AZ 0002, Ağdam rayonu Quzanlı qəsəbəsi Tel: (026) 32-5-43-97, Faks: (026) 32-5-43-97 10 mart 2024-cü il № 3(013)-381/2024 Ağdam rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Pərviz İsmayılova Bərdə rayon Polis şöbəsinin rəisi, polis polkovniki cənab Ənvər Həsənova Ağdam rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 3(013)-381/2024 saylı qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərar « 02 » vərəqə Hakim: Elşad Bayramov
Məhkəmə qərarları › İş №3(013)-381/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-381/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver