Məhkəmə qərarları › İş №3(013)-39/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-39/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-39/2024 15.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkən şəxs X1 iştirakı ilə, xx xxxx 1980-ci il tarixdə Laçın rayonu, Zorkeşiş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, uşaq bağçasında işləyən, Ağdam rayonu, Evoğlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 30 noyabr 2023-cü il tarixdə Ağdam rayonu Evoğlu kənd Körpələr evi və uşaq bağçasında X2 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Ağdam rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi polis leytenantı X5 inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs 30 noyabr 2023-cü il tarixdə Ağdam rayonu Evoğlu kənd Körpələr evi və uşaq bağçasında X2 döymüşdür. Bu barədə 01 dekabr 2023-cü il tarixdə X4 DİN-nin 102 xidmətinə zəng edərək onun döyülməsi barədə məlumat vermişdir. Hadisə ilə bağlı Ağdam rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, Şəxsnun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində inzibati xəta tərkibi olduğu üçün inzibati tənbeh tədbiri görülməsi üçün qəbul olunmuş qərarın surəti Ağdam RPŞ-nin İTB-yə göndərilmişdir. Odir ki, Şəxs inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bildiyini, əməlindən peşman oldugunu bildirdi və onun yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X4 göstərmişdir ki, Şəxs 30 noyabr 2023-cü il tarixdə Ağdam rayonu Evoğlu kənd Körpələr evi və uşaq bağçasında onu döydüyünə görə bununla bağlı Ağdam rayon Polis Şöbəsinə şikayət ilə müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir və onun inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi Ağdam rayon PŞ İTB-nin sahə rəisi X5 tərəfindən tərtib edilmiş protokolla, zərərçəkmiş şəxsin, protokola əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 dekabr 2023-cü il tarixli qərarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında araşdırılmış Ağdam RPŞ-nin TB-nin təhqiqatçısı Abdullayev Elşən tərəfindən qəbul olunmuş 28 dekabr 2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başalanması rədd edilməklə bərabər, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati qaydada tənbeh edilməsi üçün qərarın surətinin Ağdam RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Ağdam rayon PŞ İTB-nin sahə rəisi X5 tərəfindən tərtib edilmiş MN seriyalı, № ******* nömrəli, 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 30 noyabr 2023-cü il tarixdə Ağdam rayonu Evoğlu kənd Körpələr evi və uşaq bağçasında X2 döymüşdür. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə Ağdam rayon PŞ İTB-nin sahə rəisi X7 tərəfindən tərtib edilmiş protokola, iş üzrə zərəçəkənin məhkəmə iclasında verdiyi izahatı ilə Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası həddində, yəni onun barəsində cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-119-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar