Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-393/2024 13.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İnzibati protokolu tərtib edən şəxs X4, Barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, 01 avqust 1987-ci il tarixdə Azərbaycan Respublikası Ağdam rayon Başqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, subay, hazırda rayonun Birinci Baharlı qəsəbəsi ev 316-da yaşayan, Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata və materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Ağdam Rayon Məhkəməsinin 2(013)-1326/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2(013)- 1731/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməyərək müəyyən olunmuş borcundan ödəniş etməmişdir. Bu müddət ərzində onun X2 7800 manat məbləğində aliment borcu yaranmışdır. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən 13 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Alışzadə təqdimatı müdafiə edərək göstərdi ki, Şəxs icra işi onun icraatına verilmişdir. Şəxs dəfələrlə icra şöbəsinə dəvət edilmiş, ona borcunu ödəməyin zəruriliyi dəfələrlə izah edilmişdir.Bu barədə ona dəfələrlə yazılı xəbərdarlıq edilmişdir. Tələbkarlar dayanmadan yuxarı dövlət orqanlarına şikayətlər edir, məhkəmə icra məmurunun tədbir görməməsindən, hərəkətsizliyindən şikayətlər edir. Qətnamələr qeyd edildiyi vaxtdan hazırki vaxta qədər borclu Şəxs borcunu mütəmadi olaraq icra etmir. Borclu həmçinin məhkəmə icra məmurunu çağrışlarına da gəlmir, hazırda da axtarışla gətirilib. Bütün icra tədbirləri görülməsinə baxmayaraq borclu Şəxs 7800 manat aliment borcunu tam ödəməmiş, tələbkar şikayətlərini davam etdirir. Ona görə də təqdimatı müdafiə edir. Şəxs barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında şəkərli diabet xəstəsi olmaqla Masallı rayonunda əkin-biçin işlərində işlədiyini, 44 günlük Vətən müharibəsi veteranı olduğunu, Cəbrayıl, Qubadlı rayonları uğurunda gedən döyüşlərdə iştirak etdiyini və hazırda şəkərinin 600-dən yuxarı olduğunu, icra sənədləri üzrə cəmi 7800 manat aliment borcunun olduğunu bildirdi. Göstərdi ki, həmin yaranmış borc məbləğlərini bir dəfəyə tam olaraq ödəyə bilmir. Hazırda olan borcunu tam şəkildə ödəməyə imkanı yoxdur, borcunun hissə-hissə olaraq ödəməyə söz verdiyini, nəzərə alınmasını xahiş edir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göründüyü kimi özünün etirafı və iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin həmin maddəsi ilə təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, Şəxs müharibə veteranı olmasını, şəkər xəstəsi olmasını, məhkəmə məmurunun göstərdiklərini, işin hazırkı halını nəzərə alıb hesab edir ki, Şəxs islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi inzibati qaydada cərimə edilməsi mümkündür, bu tədbir onun islah olunması üçün yetərli olacaq. İXM-nin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məzkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106- 119-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №3(013)-393/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-393/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver