Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-393/2025 21.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İnzibati protokolu tərtib edən şəxs Qarayev Nurəddin Vəkil oğlunun, Barəsində inzibati icraat aparılan Şəxs və tələbkar X2 iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Azərbaycan Respublikası Ağdam rayon Alıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli, işləməyən, subay, hazırda Ağdam rayonu Alıbəyli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata və materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-3440/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməyərək müəyyən olunmuş borcundan ödəniş etməmişdir. Bu müddət ərzində cəmi 1920 manat məbləğində aliment borcu yaranmışdır. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qarayev Nurəddin Vəkil oğlu tərəfindən 21 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qarayev Nurəddin Vəkil oğlu təqdimatı müdafiə edərək göstərdi ki, Şəxs icra işi onun icraatına verilmişdir. Şəxs dəfələrlə icra şöbəsinə dəvət edilmiş, ona borcunu ödəməyin zəruriliyi dəfələrlə izah edilmişdir.Bu barədə ona dəfələrlə yazılı xəbərdarlıq edilmişdir. Tələbkarlar dayanmadan yuxarı dövlət orqanlarına şikayətlər edir, məhkəmə icra məmurunun tədbir görməməsindən, hərəkətsizliyindən şikayətlər edir. Qətnamələr qeyd edildiyi vaxtdan hazırki vaxta qədər borclu Şəxs borcunu mütəmadi olaraq icra etmir. Bütün icra tədbirləri görülməsinə baxmayaraq borclu Şəxs borcunu tam ödəməmiş, Şəxs xx.xx.2025-ci il tarixə 1920 manat aliment borcu yaranmış, tələbkar şikayətlərini davam etdirir. Ona görə də təqdimatı müdafiə edir. Şəxs barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında heç bir yerdə işləmədiyini, hazırda icra sənədi üzrə cəmi 1920 manat aliment borcunun olduğunu bildirdi. Göstərdi ki, həmin yaranmış borc məbləğlərini bir dəfəyə tam olaraq ödəyə bilmir. Hazırda olan borcunu tam şəkildə ödəməyə imkanı yoxdur, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında tələbkar X3 izahatında göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 3440/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs birgə nikahlarından olan 2 uşağın saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məğbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs aliment borcunu ödəmir. Şəxs 1920 manat aliment borcu yaranmışdır. Şəxs barəsində tədbir görülməsini xahiş edir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göründüyü kimi özünün etirafı və iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin həmin maddəsi ilə təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə məmurunun göstərdiklərini, işin hazırkı halını, tələbkar tərəfin mövqeyini nəzərə alıb hesab edir ki, Şəxs islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün o, inzibati qaydada həbs edilməlidir. İXM-nin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə görə məzkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrasından dəfələrlə qərəzli şəkildə yayınmasını nəzərə alaraq ona inzibati həbs cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-119-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 /iyirmi/ gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmə müdətinin əvvəli 21 may 2025-ci il tarixdən, saat 14-00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Dxili İşlər Nazirliyinin Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №3(013)-393/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-393/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver