Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-40/2024 19.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin 07 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət üzrə inzibati materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş 07 yanvar 2023-cü il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında MN seriyalı, ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu halda məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X1 məhkəməyə ərizə daxil olmuş və ərizədə qeyd olunan şikayətə baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən 128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, X4 tərəfindən şikayətin baxılmadan qaytarılması barədə ərizə verildiyindən Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin 07 yanvar 2023-cü il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında MN seriyalı, ******* saylı qərarın ləğv edilməsi barədə şikayət baxılmadan X3 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin 07 yanvar 2023-cü il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında MN seriyalı, ******* saylı qərarından verilmiş şikayəti baxılmadan geri qaytarılsın. Qərardadan şikayət və protest verilə bilməz. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-40/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-40/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver