Məhkəmə qərarları › İş №3(013)-403/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-403/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-403/2025 26.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil Salman oğlunun, qanuni nümayəndəsi X3, Ağdam Rayon Polis şöbəsinin sahə rəisi, polis kapitanı X1, Ağdam Rayon Prokurorluğunun nümayəndəsi, prokurorun böyük köməkçisi X2 iştirakları ilə, xx xxxx 2007-ci ildə Ağdam rayonu Quzanlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olmayan, Ağdam rayonu Papravənd kəndində qeydiyyatda olan və Ağdam rayonu Bənövşələr qəsəbəsi ev 71-də yaşayan, Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs narkotik vasitə qəbul etməkdə şübhəli olduğu üçün 22 may 2025-ci il tarixdə RPŞ-yə gətirilərək narkoloji testdən keçirlmiş, həkim müayinəsi təyin edilmiş və onun narkotik vasitəni qəbul etdiyi aşkar edilmişdir. Məhkəmə iclasında ifadə verən, inzibati protokolu tərtib etmiş Ağdam Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı R.Hümmətov inzibati protokolu müdafiə edərək göstərdi ki, Şəxs narkotik vasitə istifadə etməsi barədə məlumatı daxıl olmuş, xx.xx.2025-ci il tarixdə o, həkim müayinəsindən keçirilmiş və müayinə əsasında Şəxs narkotik vasitədən istifadə etdiyi aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi Vəkil Salman oğlunun və qanuni nüayəndəsi /atası/ Ş.Əmirovun iştirakları ilə verdiyi izahatında inzibati xətanı törətməsini etiraf edərək əməlindən səmimi peşman olduğunu, 18 yaşına çatmadığını nəzərə alaraq və bir daha belə hallara yol verməyəcəyini bildirərək yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Ağdam Rayon Prokurorluğunun nümayəndəsi, prokurorun böyük köməkçisi Valeh Məmmədov Şəxs təqsirinin sübuta yetirilməsini bildirdi, ona tənbeh tədbiri tətbiq ediliəsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında 23 may 2025-ci il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 23 may 2025-ci il tarixli, 539 saylı Protokolundan görünür ki, Şəxs sidiyində marixuana aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə inzibati xəta törətməsi, yetkinlik yaşına çatmamış olduğu, məcburi köçkün olduğu, əməlini etiraf etməsi və əməlindən peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs təqsirləndirildiyi İXM-nin 206-cı maddəsinin sanksiyasında inzibati qaydada cərimə və inzibati qaydada həbs tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinin müddəalarını rəhbər tutan məhkəmə hesab edir ki Şəxs barəsində inzibati həbs deyil, cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-119- cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 /üç yüz/ manat məbləğində cərimə edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar