Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-404/2024 21.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx xxxxx 2004-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam rayon Sarıçoban kəndində qeydiyyatda olan və yaşayan X2 - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 342.2, 332.3 və 334-1.1-ci maddələri ilə inzibati xəta törətməsi barədə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı protokolu və əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİ: Şəxs 13 iyun 2024-cü il tarixdə, saat 15-00 radələrində Ağdam Rayon Quzanlı qəsəbəsi ərazisində idarə etdiyi «Hyundai Tucson» minik markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkt edən etdiyi vaxt qayda pozuntusu ilə bağlı saxlanılaraq narkotikdən istifadə etdiyinə şübhələr olduğu üçün Mingəçevir Rayonlararası Narkoloji Dispanserin ezam olunmuş narkoloqu tərəfindən keçirilmiş narkotestdən sidiyində narkotik aşkarlanmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1, 342.2, 332.3 və 334-1.1-ci maddələri ilə protokol tərtib olunub, protokol üzrə qərar qəbul edilməsi üçün materiallar məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında təqsirini etiraf edərək göstərdi ki, 13 iyun 2024-cü il tarixdə, saat 15-00 radələrində rayonun Quzanlı qəsəbəsi ərazisində Hyundai markalı nəqliyyat vasitəsini idarə edərkən etdiyi qayda pozuntusuna görə YPX əməkdaşları onu saxlamış, sonra onun avtomaşınını polis şöbəsinin duracağına gətirmişlər. Daha sonra rayona ezam olunan Mingəçevir Rayonlararası Narkoloji Dispanserin əməkdaşı onu narkoloji testdən keçirmiş, onun sidiyində maruxuna çıxmışdır. Marixuananı arada bir qəbul etmiş, bir daha bu kimi hallara yol verməyəcək, göstərdiklərinin nəzərə alınmasını, ona yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Şəxs dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, onun göstərilən inzibati xətaları törətməsi təsdiq olunur. İşdə olan İXP ******* saylı, 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 329.1, 342.2, 332.3 və 334-1.1-ci maddələri ilə protokol tərtib edilmişdir ona görə ki, avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməmiş, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş, nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələbləri pozmuş və narkotik vasitədən istifadə etmiş vəziyyətdə olmuşdur. Sərxoşluq üçün Tibbi Arayışdan görünür ki, Şəxs sidiyində narkotik ğfvvü fjlfk edilmişdir. Şəxs təqsirini etiraf edir, peşmançılıq bildirir, ona yüngül tənbeh təyin edilməsini istəyir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.1-ci mddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunan Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, ailə vəziyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir, bu tənbehin məqsədlərini təmin edəcək. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1, 342.2, 332.3 və 334-1.1-ci maddələri ilə təqsirli sayılmalı, ona həmin Məcəllənin 334-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbehi tətbiq edilməlidir ki, bu inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-119-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X3 - Azərbaycan Respublikası İXM-nin 329.1, 332.3, 342.2 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, ona 800 (səkkiz yüz) manat cərimə inzibati tənbehi təyin edilsin. Qərarın icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №3(013)-404/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-404/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver