Məhkəmə qərarları › İş №3(013)-404/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-404/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-404/2025 10.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1980-cı ildə Ağdam rayonunun Əhmədağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonunun Əhmədağalı kəndində qeydiyyatda olan, Ağdam rayonunun Əhmədağalı kəndində yaşayan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28066363 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Z.N.Əhmədov məhkəməyə şikayət ünvanlayaraq göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təqribən 01:54:14 radələrində özünə məxsus və istifadəsində olan KAMAZ 65115-010 yük markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində M-247.9 km-də hərəkətdə olarkən telefonuna SMS vasitəsi ilə 600 manat cərimə olunması barədə elektron qərar gəlmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli EQ 28066363 nömrəli qərarı ilə (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yük ilə birlikdə oxa düşən kütlə parametrlərin aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublkasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi) 600 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28066363 qərarını əsassız hesab edir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat təqribən 01:54:14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqaməti M-247.9 km-də keçərkən ona məxsus və istifadəsində olan KAMAZ 65115-010 yük markalı ** UV *** dövlət qeydiyyat nilşanlı maşını icazə verilən çəki yük ilə birlikdə oxa düşən kütlə parametrlərin aşmaqla, yəni 28360 kq ( Limit: 26000 kq) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin elektron foto-şəkil aparatından keçərkən qaydanın pozulması qeydə alınmışdır. Ancaq şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli **********003 nömrəli elektron çəki portalından görünür ki, ona məxsus yük maşını icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə, yəni 24700 kq (limit: 26000 kq) parametrlərin aşmamışdır və uygundur. Qeyd edilən səbəblərdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28066363 saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Z.N.Əhmədov şikayətini müdafiə edərək göstərmişdir ki, xx.xx.2025-ci ildə idarə etdiyi KAMAZ 65115-010 yük markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində rayon istiqamətinə gəldiyi vaxt Qaradağ postundə avtomobili tərəzidə çəkilmiş və yükünün qanuna uyğun olduğu göstərilmişdir. Bundan sonra yerüstü nəqliyyat agentliyinin quraşdırdığı aparatla avtomobili çəkilmiş və yükünün artıq olduğu göstərilmişdir. Yükünün artıq olması müəyyən edilərkən tərəzinin səhv ölçü apardığını qeyd etməklə şikayətinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28066363 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Z.N.Əhmədov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib, altı yüz manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, Z.N.Əhmədovun şikayəti təmin edilməyərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28066363 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə məsuliyyət və fizki şəxslər üçün altı yüz manat məbləğində cərimə növündə tənbeh nəzərdə tutmuşdur. İş materiallarından görünür ki, Z.N.Əhmədov xx.xx.2025-ci il tarixdə saat təqribən 01:54:14 radələrində özünə məxsus və istifadəsində olan KAMAZ 65115-010 yük markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində M-247.9 km-də hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Z.N.Əhmədovun şikayətinə əlavə etdiyi icazə verilən çəki və yüklü birlikdə oxa düşən kütlənin yəni 24700 kq olmasını təsdiq edən elektron çəki portalından görünür ki, həmin ölçü Bakı-Qazax yolu DYPi 719-da aparılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilməsi, şikayətin və ya protestin isə təmin edilməməsi haqqında qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28066363 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X1 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28066363 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar