Məhkəmə qərarları › İş №3(013)-409/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-409/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-409/2024 21.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədimov Anar Təyyar oğlunun katibliyi, Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Ağdam Rayonunun Evoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Evoğlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Pqil Alışzadə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə verilmişdir. İəqdim edilmiş materillardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-902/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2023-cü ildən başlayaraq Şəxs 07 fevral 2022-ci ildə anadan olmuş Nuray adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment və 23 noyabr 2022-ci ildən başlayaraq 07 fevral 2022-ci ildə anadan olmuş Nuray adlı uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Borclu Şəxs icra sənədinin icrasını təmin etməmiş, hazırda tələbkara 3150 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə etdi, göstərdi ki, bütün zəruri icra tədbirləri həyata keçirilsə də Şəxs tərəfindən məhkəmənin qətnaməsi əsasında verilmiş icra sənədi icra edilməmiş, icra sənədi üzrə hazırda 3150 manat borc yığılmışdır. Hazırda isə, yəni protokol baxılması üçün məhkəməyə verildikdən sonra Şəxs borcunu tam ödəmişdir. Ona görə də məsələnin qanunauyğun həll edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərdi ki, heç bir yerdə işləmədiyindən borcları yığılıb, hazırda ondan 3150 manat pul tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Hazırda qohumlarının köməkliyi ilə borcu tam şəkildə ödəmək istəyir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməli, o, inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinmayə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin 528.1-ci maddənin qeydinə əsasən maddədə nəzərdə tutulan inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. İXM-nin 53.1.10-cu madəsinə əsasən bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmçinin İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi işə məhkəmədə baxılarkən Şəxs aliment borcunu tam ödəmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105.1-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin, o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət edilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar