Məhkəmə qərarları › İş №3(013)-41/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-41/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-41/2024 14.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1966-cı ildə Ağdam rayonunun Böyükbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, Ağdam rayonu Alıbəyli Bələdiyyəsinin sədri vəzifəsini icra edən, Ağdam rayonunun Böyükbəyli kəndində yaşayan X4 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı ilə R.P.Ağayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinib, üç min manat məbləğində inzibati cərimə edilmişdir. R.P.Ağayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 130.1-ci maddələrində nəzərdə tutulmuş qaydada xx.xx.2023-cü ildə məhkəməyə şikayət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(013)-348/2023 saylı qərarı ilə R.P.Ağayevin şikayəti təmin edilərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinib, üç min manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı ilə ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(104)-714/2023 saylı qərarı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin apelyasiya şikayəti qismən təmin edilərək Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(013)-348/2023 saylı qərarı qismən ləğv edilmiş və iş yenidən araşdırılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(104)-714/2023 saylı qərarında göstərilənlərə əsasən R.P.Ağayevin Ağdam Rayonu Alıbəyli Bələdiyyəsinin sədri olub-olmaması, bələdiyyəyə kimin sədrlik etməsi, həmçinin R.P.Ağayevin aydınlaşdırılmalı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarının hansı tarixdə alıb-almaması, qərardan şikayət vermə müddətini ötürübötürməməsi aydınlaşdırılmaldıır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən R.P.Ağayev şikayətini müdafiə edərək göstərmişdir ki, 2020-ci ilə qədər Ağdam rayonu Alıbəyli Bələdiyyəsinin sədri işləmiş. Əmək müqaviləsinə xx.xx.2021-ci ildə xitam verilmişdir. Heç kim bələdiyyə sədri olmaq istəmədiyindən bələdiyyənin möhür və ştampı ondan alınmamışdır. 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli Ç-MG/ 4822-068 nömrəli məcburi göstərişin tələblərini icra etməməklə X5ni həyata keçirən orqanın qanuni tələblərini yerinə yetirməmə əsası ilə xx.xx.2022-ci il tarixli MN № ******* qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzəzrdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək üç min manat məbləğində cərimə olunmuşdur. xx.xx.2023-cü ildə Ağcabədi rayonuna gedərək 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən barəsində olan qərarın surətini istəmiş və xx.xx.2023-cü ildə almışdır. Həmin idarənin işçisi Niyaməddin Hümbətov ona Ağdam rayonunun Alıbəyli kəndində X5ni həyata keçirən orqanın qanuni tələblərini yerinə yetirmədiyini bilmişdir. Niyaməddinə bələdiyyə sədri olmadığı və göstərilən ərazinin Ağdam rayonu Alıbəyli Bələdiyyəsinin deyil, pambıq zavodunun ərazisi olduğunu demişdir. Barəsində qəbul olunmuş qərarın qanunsuz olduğunu qeyd etməklə şikayətin təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi A.X.Süleymanov məhkəmə baxışında izahat verib fizki şəxs hesab edilən R.P.Ağayevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinib, iki min manat məbləğində inzibati cərimə edilməsinə dair təmsil etdiyi idarənin xx.xx.2022ci il tarixli MN ******* saylı qərarının qanuni olduğunu qeyd etməklə şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, R.P.Ağayevin şikayəti təmin edilməyərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinib, üç min manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı dəyişdirilməməlidir. Belə ki, məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarının surətindən görünür ki, R.P.Ağayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinib, üç min manat məbləğində inzibati cərimə edilmişdir. R.P.Ağayev əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq başqa şəxs Ağdam Rayonu Alıbəyli Bələdiyyəsinin sədri olmadığından bələdiyyəyə faktiki olaraq sədrlik etmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarının surətini xx.xx.2023-cü ildə alaraq xx.xx.2023-cü ildə ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə şikayət etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi X5ni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər üçün altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ağdam Rayonu Alıbəyli Bələdiyyəsinin sədri Rövşən Ağayevə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda həmin kənd sakini X2 nazirliyin «qaynar xətt» xidmətinə qonşusunun qapısının qarşısında kanalizasiya quyusu qazılaraq məişət tutlantılarının atılması ilə bağlı xx.xx.2022-ci il tarixli müraciəti əsasında idarənin əməkdaşları tərəfindən araşdırma aparılaraq xx.xx.2022-ci il tarixli 74803 saylı akt tərtib olunduğunu bildirərək əhalinin məişətində formalaşan bərk məişət tullatılarının toplanılması, müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi işlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinətinin xx.xx.2005-ci il tarixli 74 saylı Qərarının tələblərinə uyğun təmin edilməsi, bələdiyyə ərazisində müəyyən olunmayan yerlərdə mövcud zibilxanaların təmizlənərək poliqona daşınması, məişət tutlantılarının mövcud qaydalara uyğun idarə olunması üçün əhali arasında maarifləndirici söhbətlərin aparılması, Azərbaycan Respublikasının Nazirlər Kabinətinin xx.xx.1992-ci il tarixli 122 saylı Qərarına əsasən ətraf mühitə atılan, axıdılan, yerləşdirilən tullantılara görə ödəmə haqqlarının hesablanaraq «X5 üzrə X9»na ödənilməsinin təmin olunması, nöqsanların aradan qaldırılması barədə xx.xx.2022-ci il tarixə qədər idarəyə məlumat verilməsi tələb olunmuş, həmçinin tapşırıqların yerinə yetirilmədiyi halda təqsirkarların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən cərimə olunacaqları barədə xəbərdarlıq olunmuşdur. Ağdam Rayonu Alıbəyli Bələdiyyəsinin sədri Rövşən Ağayev Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubda göstərdiyi tələbləri yerinə yetirmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinib, üç min manat cərimə edilmişdir. Faktiki olaraq Ağdam Rayonu Alıbəyli Bələdiyyəsinin sədrinin vəzifəsini icra edən Rövşən Ağayev məhkəmədə verdiyi izahatında sözügedən ərazinin bələdiyyəyə aidiyyətinin olmadığını bildirmişdir. Buna baxmayaraq məhkəmə belə hesab edir ki, R.P.Ağayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında R.P.Ağayev məişət tullantılarının yığıldığı ərazinin Ağdam rayonu Alıbəyli Bələdiyyəsinin deyil, pambıq zavodunun ərazisi olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ağdam Rayonu Alıbəyli Bələdiyyəsi R.P.Ağayevin imzası və bələdiyyənin möhürü ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xx.xx.2022-ci il tarixli 36 saylı arayış təqdim edərək bələdiyyənin hesabında kifayət qədər vəsait olmadığı üçün məcburi göstərişin icra edilmədiyini bildirmişdir. Bundan sonra bələdiyyə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəsi qaydada heç bir məlumat verməməklə X5ni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin yerinə yetirilməmişdir. Belə ki, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər.https://e-qanun.az/framework/4770 Həmin maddənin 2-ci hissəsində qeyd olunmuşdur ki, bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 4-cü hissəsində göstərilmişdir ki. bələdiyyənin daimi və başqa komissiyalarının əsas vəzifələri aşağıdakılardan ibarətdir: 1) yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekologiya, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb, bələdiyyənin iclasına və ya bələdiyyənin qərarına əsasən yerli əhalinin müzakirəsinə çıxarmaq; 2) yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq; 3) bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq; 4) seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və yoxlanılmasına kömək etmək. «Tullantılar haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilmişdir ki, tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi] tərəfindən həyata keçirilir. Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətinə: hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması; təqsirkar hüquqi və fiziki şəxslərin qanunvericilikdə müəyyən olunan qaydada məsuliyyətə cəlb olunması; qanunvericiliyin tələblərinin pozulması nəticəsində insan sağlamlığına və ətraf mühitə dəyən zərərin ödənilməsinə görə iddia qaldırılması; mülkiyyətçilər tərəfindən tullantılarla bağlı uçot və hesabatın düzgünlüyü; sanitariya, gigiyena, əksepidemik və təbiəti mühafizə tədbirlərinin yerinə yetirilməsinə, gigiyena və ekoloji normativlərə əməl olunması; baş vermiş fəlakət və qəzaların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi; mövcud istehsal proseslərinin tullantılarla əlaqədar təhlili, tullantıların həcminin və təhlükəlilik dərəcəsinin azaldılması imkanlarının araşdırılması; əhalinin tullantılara dair informasiya almaq hüququna əməl olunması; təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələrinin ətraf mühitə təsirin qiymətləndirilməsinə və strateji ekoloji qiymətləndirməyə dövlət nəzarətinin təşkil edilməsi, əhalinin sağlamlığı və ətraf mühit üçün potensial təhlükə yaradan fəaliyyətin dayandırılması və ona xitam verilməsi barədə qərar qəbul edilməsi;https://e-qanun.az/framework/3186 tullantıların idxalı, ixracı və tranzit daşınmasına nəzarət daxildir. Azərbaycan Respubnlikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 10.5-ci maddəsində göstərilmişdir ki, bələdiyyələr tərəfindən: - bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması; - əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. Həmin Qaydaların 10.1-ci maddəsinə əsasən küçələrin, həyətlərin və şəhərlər və digər yaşayış məntəqələrinin digər ərazilərinin, həmçinin ümumi istifadə yerlərinin və çimərliklərin təmiz saxlanılması vəziyyətinə nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyi həyata keçirilir. 10.4-cü maddəyə əsasən aidiyyəti qurumlar, həmçinin tullantıların emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər: [22] - yaşayış binalarının, müəssisə və təşkilatların, meydanların, küçələrin, bağların və s. ərazilərindən məişət tullantılarının vaxtlı-vaxtında yığışdırılmasını və daşınmasını təmin etməyə; - hər bir xüsusiləşdirilmiş avtomaşın üçün marşrut qrafikini tərtib etməyə; - istismar şəraitinin dəyişməsinə uyğun olaraq marşrut qrafikində dəyişiklik etməyə; - təsdiq olunmuş marşrut qrafikinin dəqiq yerinə yetirilməsini təmin etməyə; - tullantıların tam yığışdırılmasını və poliqonlarda yerləşdirilməsini təmin etməyə; - tullantıların daşınması üzrə xüsusiləşdirilmiş avtomaşınların başqa məqsədlər üçün istifadə edilməməsinə; - tullantıların qarışmasına yol verməməyə; - tullantılar avtomaşınlara yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana qədər tullantıların ətrafa səpələnməsinin qarşısını almağa, ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməyə; - məişət tullantılarının yığışdırılaraq daşınması üçün bağlanmış müqavilələrin bütün şərtlərini tam şəkildə yerinə yetirməyə; - tullantıların uçotunu aparmağa borcludurlar. Məhkəmə belə hesab edir ki, səlahiyyətli orqan R.P.Ağayevin barəsində aşağı həddə inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olacağını təmin etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilməsi, şikayətin və ya protestin isə təmin edilməməsi haqqında qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X4 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinib, üç min manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarı dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar