Məhkəmə qərarları › İş №3(013)-410/2023

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-410/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-410/2023 24.10.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Yusifcanlı kəndində qeydiyyatda olan, Ağdam rayonu Alıbəyli-1 qəsəbəsi ev 10-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 23 oktyabr 2023-cü ildə saat 19 radələrində Ağdam rayonunun Alıbəyli-1 qəsəbəsində ucadan nalayiq ifadələr işlədib ictimai-qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, 23 oktyabr 2023-cü ildə yaşadığı qəsəbənin küçəsində ağac əkmək istəmiş, lakin qonşusu Ramilə ona imkan verməmişdir. Həmin gün saat 19 radələrində polis əməkdaşları ona zəng vuraraq barəsində şikayət olunduğunu deyib polis şöbəsinə çağırmış, o isə getməmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşı qəsəbənin ərazisində ona yaxınlaşmış, o isə qonşusu Ramilənin ünvanına nalayiq sözlər işlətmişdir. Polis əməkdaşı onu sakitləşdirmək istəmiş, o isə əsəbi olduğundan sakitləşməmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Ağdam Rayon Polis X1 Bölməsinin sahə polis nəfəri X2 şahid qismində məhkəmədə izahat verib göstərmişdir ki, 23 oktyabr 2023-cü ildə Şəxs barəsində Ağdam Rayon Polis Şöbəsinə şikayət olunduğundan sonuncunun yaşadığı evə getmiş, lakin evdə tapa bilməmişdir. Bundan sonra Əliyə zəng edərək polis şöbəsinə çağırmış, Əli isə gəlməkdən imtina etmişdir. Saat 19 radələrində Alıbəyli-1 qəsəbəsinin ərazisində Şəxsla rastlaşmışdır. Əli qonşularının ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Şəxs sakitləşdirmək istəmiş, lakin Əli öz nalayiq ifadələrini davam etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, polis əməkdaşının məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs həmin gün saat 19:30-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü ildə saat 10:55-də azad olunmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəyə əsasən on gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 23 oktyabr 2023-cü il saat 19:30-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar