Məhkəmə qərarları › İş №3(013)-411/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-411/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-411/2025 30.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1985-ci ildə Şəki rayonunun Aşağı Şabalıd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şəki rayonunun İncə ərazi dairəsinin Aşağı Şabalıd kəndində qeydiyyatda olan və yaşayan X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq, müəyyənetdim: Məhkəmənin icraatına S.F.Musayevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə material daxil olmuşdur. xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlərə əsasən X1 xx.xx.2007-ci ildə anadan olmuş Aytac, xx.xx.2008-ci ildə anadan olmuş Ayxan və xx.xx.2009-cu ildə anadan olmuş Aysun adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 80 manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsinə dair Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-6269/2017 saylı qətnaməsinin əsasında verilmiş xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq S.F.Musayev müəyyən olunmuş müddətdə icra vərəqəsini üzrsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə daxil olmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, protokol və digər sənədlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə uyğun olaraq Ağdam Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Həmin maddəyə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsində göstərilmişdir ki, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. X2 Şəki rayonunun Aşağı Şabalıd kəndində anadan olmaqla, Şəki rayonunun İncə ərazi dairəsinin Aşağı Şabalıd kəndində qeydiyyatdadır və yaşayır. Onun Ağdam rayonu ilə heç bir bağlılığı yoxdur. X2 Ağdam rayonu ərazisində iş yeri və ya əmlakının olması barədə sübutlar olmamışdır. Göründüyü kimi Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-6269/2017 saylı qətnaməsinin əsasında verilmiş xx.xx.2017-ci il tarixli icra vərəqəsi X2 yaşadığı yer üzrə Şəki rayonunda icra edilməli olmuş və həmin icra sənədinin icra edilməməsi nəticəsində baş vermiş inzibati xəta hadisəsi Ağdam rayonu ərazisində deyil, Şəki rayonu ərazisində törədilmişdir. Belə olan halda qeyd edilən inzibati xəta haqqında işin baxılması Şəki Rayon Məhkəməsinə aiddir. Faktiki olaraq Şəki rayonunda qeydiyyatda olmaqla yaşayan X2 iş yeri və ya əmlakının olması araşdırılmamış və bu barədə işə sübutlar əlavə edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsində qeyd olunmuşdur ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qəraraaldım: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş protokol və digər sənədlər Ağdam Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar