Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-412/2025 17.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1992-ci ildə Ağdam rayonunun Baharlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonunun Baharlı kəndində qeydiyyatda olan, Ağdam rayonunun Baharlı kəndində yaşayan X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28198333 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan E.E.Həsənov məhkəməyə şikayət ünvanlayaraq göstərmişdir ki, X1 şəhid olan X3 onun atasıdır. 27 may 2025-ci ildə özünə məxsus «Mercedes Benz» C180 minik markalı ** CK *** dövlət qeydiyyatlı avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən "xxxx"-ın qarşısında dayanmış vəziyyətdə durmuşdur. Sonra telefonuna SMS vasitəsi ilə 80 manat cərimə olunması barədə elektron qərar gəlmişdir. xx.xx.2025-ci il tarixli EQ 28198333 nömrəli qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə (Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) 80 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli EQ 28198333 qərarını əsassız hesab edir. Belə ki, ərizəyə əlavə etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin foto çəkiliş görüntülərdən də göründüyü kimi 27 may 2025-ci ildə ona məxsus avtomobil Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən "xxxx"-ın qarşısında dayanarkən yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durması ilə baglı olan heç bir yol nişanları olmamamışdır. Bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin foto çəkiliş görüntülərdəndə göründüyü kimi onun idarə etdiyi «Mercedes Benz» C180 minik markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobildən başqa müxtəlif markalı və qeydiyyatlı maşınlar da həmin yolun hərəkət hissəsinin kənarında dayanmışlar. Ona məxsus «Mercedes Benz» C180 minik markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yerləşən «Kapital Bank»-ın qarşısında dayanarkən yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durma qaydalarını pozmamışdır. Qeyd edilən səbəblərdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28198333 saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən E.E.Həsənov şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28198333 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, E.E.Həsənov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinib, səksən manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, E.E.Həsənovun şikayəti təmin edilməyərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28198333 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə məsuliyyət və səksən manat məbləğində cərimə növündə tənbeh nəzərdə tutmuşdur. İş materiallarında olan Ağdam Rayon Polis Şöbəsindən məhkəməyə daxil olmuş bir ədəd diskdən görünür ki, E.E.Həsənov 27 may 2025-ci ildə saat 14:28-də «Mercedes Benz» C180 minik markalı ** CK *** dövlət qeydiyyatlı avtomobili Ağdam rayonunun Quzanlı qəsəbəsindən "xxxx" ASC-nin Ağdam filialının qarşısında qadağan olunmuş yerdə saxlamışdır. Belə olan halda Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28198333 saylı qərarı qanunidir və E.E.Həsənovun şikayəti təmin oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilməsi, şikayətin və ya protestin isə təmin edilməməsi haqqında qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28198333 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X2 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28198333 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-412/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-412/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver