Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-417/2025 18.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1989-cu ildə Ağdam rayonunun Sarcalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Üçoğlan ərazi dairəsinin Kiçikli kəndində qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini X2 xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinib, beş min manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ş.Z.Quliyeva məhkəməyə şikayət ünvanlayaraq Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Ş.Z.Quliyeva şikayətini onunla əsaslandırmışdır ki, 10 aprel 2025-ci il tarixində saat 15:20-də Ağdam rayonu Xındırıstan kəndində plandan kənar yoxlama zamanı stomotoloji kabinetdə lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşgul olması aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat cərimə olunmuşdur. Həmin qərarın surətini 22 may 2025-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Ş.Z.Quliyeva heç bir aktiv vergi ödəyicisi və vəzifəli şəxs deyil, sahibkarlıq fəaliyyəti ilə məşgul olmur. Fiziki şəxs kimi cərimə olunmalı olduğu halda vəzifəli şəxs kimi cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Ş.Z.Quliyeva şikayəti müdafiə edərək və 10 aprel 2025-ci ildə saat 15:20-də Ağdam rayonunun Xındırıstan kəndində plandankənar yoxlama zamanı onun stomotoloji kabinetdə lisenziya olmadan tibb fəaliyyəti ilə məşğul olmasının aşkar edildiyini, hazırda isə tibbi fəaliyyətlə məşğul olmadığını bildirərək şikayətinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi X4 tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokolun surətindən görünür ki, 10 aprel 2025-ci ildə saat 15:20-də Ağdam rayonunun Xındırıstan kəndində plandankənar yoxlama zamanı Ş.Z.Quliyevanın stomotoloji kabinetdə lisenziya olmadan tibb fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini X2 qəbul etdiyi xx.xx.2025ci il tarixli MN № ******* saylı qərarının surətindən görünür ki, Ş.Z.Quliyeva Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinib, beş min manat məbləğində cərimə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, Ş.Z.Quliyevanın şikayəti qismən təmin edilərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinib, beş min manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərar dəyişdirilməlidir. Şikayətə baxılarkən məlum olmuşdur ki, 10 aprel 2025-ci ildə saat 15:20-də Ağdam rayonunun Xındırıstan kəndində plandankənar yoxlama zamanı Ş.Z.Quliyevanın stomotoloji kabinetdə lisenziya olmadan tibb fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Bu hal həm Ş.Z.Quliyevanın izahatı, həmçinin Azərbaycan Respublikasının Səhiyyə Naziriliyinin məhkəməyə təqdim etdiyi sənədlərlə təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə məsuliyyət və fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə növündə tənbeh nəzərdə tutmuşdur. İşə baxılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi səlahiyyətli orqan tərəfindən düzgün tətbiq edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-21/2- Q-2xx-xx/2025 saylı məktubundan görünür ki, Ş.Z.Quliyevanın uçot-baza məlumatlarında təqdim etdiyi «Fiziki şəxsin fəaliyyətinin dayandırılması haqqında arayış»a əsasən fəaliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2068-cı il tarixədək dayandırılmışdır. Ş.Z.Quliyeva xx.xx.2025-ci ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə fiziki şəxs kimi tənbeh verilməli olduğu halda vəzifəli şəxs kimi inzibati tənbeh verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilmişdir ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsi aşağıdakı məzmunda verilmişdir: 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması;[170] 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi;[171] 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 135.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilmişdir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 verdiyi şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinib, beş min manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərar dəyişdirilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinib, iki min manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-417/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-417/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver