Məhkəmə qərarları › İş №3(013)-418/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-418/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-418/2025 04.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İnzibati protokolu tərtib edən şəxs X6, Barəsində inzibati icraat aparılan Şəxs və tələbkar X2 iştirakları ilə, 01 avqust 1987-ci il tarixdə Azərbaycan Respublikası Ağdam rayon Başqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, subay, hazırda rayonun Birinci Baharlı qəsəbəsi ev 316-da yaşayan, Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N28.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata və materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Ağdam Rayon Məhkəməsinin 2(013)-1326/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədininn icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməyərək müəyyən olunmuş borcundan ödəniş etməmişdir. Bu müddət ərzində onun X3 9760 manat məbləğində aliment borcu yaranmışdır. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən 04 iyun 202N-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aqil Alışzadə təqdimatı müdafiə edərək göstərdi ki, Şəxs icra işi onun icraatına verilmişdir. Şəxs dəfələrlə icra şöbəsinə dəvət edilmiş, ona borcunu ödəməyin zəruriliyi dəfələrlə izah edilmişdir.Bu barədə ona dəfələrlə yazılı xəbərdarlıq edilmişdir. S.Məmmədovun hər ay 140 manat olmaqla 2 uşaq üçün 280 manat aliment pulu və N0 manat baxım pulunun ödənilməsi qət edilmişdir. İş materialları cinayət işi açılması üçün gönlərilmiş, 8 ay sonra işə xitam verilmişdir. S.Məmmədov Masallı rayonunda evlənib orada yaşayır. Tələbkarlar dayanmadan yuxarı dövlət orqanlarına şikayətlər edir, məhkəmə icra məmurunun tədbir görməməsindən, hərəkətsizliyindən şikayətlər edir. Qətnamələr qeyd edildiyi vaxtdan hazırki vaxta qədər borclu Şəxs borcunu mütəmadi olaraq icra etmir. Borclu həmçinin məhkəmə icra məmurunu çağrışlarına da gəlmir, hazırda da axtarışla gətirilib. Bütün icra tədbirləri görülməsinə baxmayaraq borclu Şəxs 9760 manat aliment borcunu tam ödəməmiş, tələbkar şikayətlərini davam etdirir. Həmçinin qeyd edir ki, Ağdam Rayon Məhkəməsinə S.Məmmədov barəsində təqdimatla 2024-cü il ərzində də müraciət etmiş, Məhkəmənin 13 iyun 2024-cü il tarixli Qərarı ilə borclu N00 manat məbləğində cərimə olunmuş, lakin buna baxmayaraq heç bir nəticə çıxarmamışdır. Borclu Şəxs 03 iyun 202N-ci il tarixdə saat 18-00 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış və icra məmuruna məlumat verilmişdir. Ona görə də təqdimatı müdafiə edir. Şəxs barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında şəkərli diabet xəstəsi olmaqla Masallı rayonunda əkin-biçin işlərində işlədiyini, 44 günlük Vətən müharibəsi veteranı olduğunu, borcunun karantin dövründə yığılıb qaldığını, 6 ay barışıb bir yerdə yaşadıqlarını, ancaq aliment borcunun dayanmadığını, icra sənədi üzrə cəmi 9760 manat aliment borcunun olduğunu bildirdi. Göstərdi ki, həmin yaranmış borc məbləğlərini bir dəfəyə tam olaraq ödəyə bilmir. Hazırda olan borcunu tam şəkildə ödəməyə imkanı yoxdur, avtomaşını olduğunu, onu satıb borcunu hissə-hissə olaraq ödəməyə söz verdiyini, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında tələbkar X4 izahatında göstərdi ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 1326/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs birgə nikahlarından olan 2 uşağın saxlanılması üçün 280 manat aliment pulunun və N0 manat baxım pulunun tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs aliment borcunu ödəmir. Şəxs 9760 manat aliment borcu yaranmışdır. Özü N saylı hərbi hissədə işləyir, Şəxs N00 manat cərimə olunanda narazı olunmasından narazıdır, uşaqlardan biri xəstədir, 2 dəfə əməliyyat olunubdur. Səbuhi ondan sonra 2 dəfə ailə qurub, özü isə bir gün işdə olaraq, 2 gün evdə qalır və evdə qaldıqda gündəlik işlərə getdiyini bildirərək Şəxs barəsində tədbir görülməsini xahiş edir. Şəxs Azərbaycan Respublikası İXM-nin N28.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göründüyü kimi özünün etirafı və iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin həmin maddəsi ilə təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə məmurunun göstərdiklərini, işin hazırkı halını, tələbkar tərəfin mövqeyini nəzərə alıb hesab edir ki, Şəxs islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün o, inzibati qaydada həbs edilməlidir. İXM-nin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İşin materiallarından görünür ki, Şəxs eyni inzibati xətaya görə ötən il də inzibati məsuliyyətə verilmiş, N00 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin N28.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrasından dəfələrlə qərəzli şəkildə yayınmasını nəzərə alaraq ona inzibati həbs cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106- 119-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin N28.1-ci maddəsi ilə təqsirli bilinib 10 /on/ gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmə müdətinin əvvəli 03 iyun 202N-ci il tarixdən, saat 18-00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Dxili İşlər Nazirliyinin Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar