Məhkəmə qərarları › İş №3(013)-42/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-42/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-42/2025 21.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Neftçala rayonunun Mürsəqulu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Neftçala rayonunun Mürsəqulu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci ildə saat 17:25 radələrində Ağdam rayonunun Evoğlu kəndində yerləşən stasionar polis postuna gələrək nalayiq ifadələr işlətmiş, onu intizama dəvət edən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, xx.xx.2025-ci ildə yaşadığı Neftçala rayonundan işlədiyi Ağdam rayonuna gələrkən İmişli rayonu ərazisində yemək yeyib araq içmişdir. Təxminən saat 17:30 radələrində Ağdam rayonunun Evoğlu kəndində yerləşən polis postuna çatmış və işğaldan azad edilmiş əraziyə keçmək istəmişdir. Həmin vaxt polis əməkdaşları ondan sənəd istəmiş, o isə sərxoş olduğu üçün söyüş söymüşdür. Polis əməkdaşı yaxınlaşaraq nalayiq ifadələr işlətməməyi ondan tələb etmiş, o isə öz söyüşlərini davat etmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2 göstərmişdir ki, xx.xx.2025-ci ildə saat 17:25 radələrində Ağdam rayonunun Evoğlu kəndində yerləşən stasionar polis postunda xidmətdə olduğu vaxt Şəxs sərxoş halda gələrək işğaldan azad edilmiş əraziyə getmək istəmişdir. Polis əməkdaşları Şahindən şəxsiyyəti təsdiq edən sənəd istəmiş, lakin Şahin polisin ünvanına söyüş söyməyə başlamışdır. Şahini intizama dəvət etmiş, sonuncu isə sakitləşməmiş və söyüş söyməyi davam etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. İş materiallarında olan sərxoşluq üçün xx.xx.2025-cü il tarixli 10 saylı arayışdan görünür ki, Şəxs inzibati xəta törədərkən orta dərəcəli sərxoş olmuşdur. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 20:00-da inzibati qaydada tutulmuş və xx.xx.2025-ci il saat 10:00-da azad olunmuşdur. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəyə əsasən on beş gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 19 yanvar 2025-ci il saat 20:00-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar