Məhkəmə qərarları › İş №3(013)-420/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-420/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-420/2025 05.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, X6 Xidməti Qarabağ Regional Şöbəsinin inzibati tənbeh tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayəti üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ Regional Şöbəsinin rəisi X4 tərəfindən tərtib edilmiş 07 fevral 2025-ci il tarixli MN №0023419 nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın əsassız olduğundan ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Qarabağ Regional Şöbəsinin rəisi X4 tərəfindən tərtib edilmiş 07 fevral 2025-ci il tarixli MN №0023419 nömrəli qərarından verilmiş şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Lakin şikayət və ona əlavə edilmiş materiallardan görünür ki, barəsində inzibati təndeh tətbiq edimiş şəxs şikayətini 05 iyun 2025-ci il tarixdə Ağdam rayon məhkəməsinin dəftərxanasına təqdim etmişdir. Barəsində inzibati tənbeh tetbiq edilmiş şəxs qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsinə baxmayaraq, müddətin bərpası barədə vəsatət vermədən birbaşa şikayət verilmişdir. Həmçinin, məhkəmə qeyd etməyi lazım bilir ki, hazirki qərarın qəbul edilməsi barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs birinci instansiya məhkəməsi qarşısında prosessual müddətin bərpası barədə vəsatət qaldırmaq imkanından məhrum etmir. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs istənilən vaxt inzibati xəta haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə Ağdam Rayon Məhkəməsi qarşısında vəsatət qaldıra bilər. Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X2 məhkəməyə baxılması üçün göndərmiş olduğu inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: X2 X6 Xidməti Qarabağ Regional Şöbəsinin inzibati tənbeh tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN № ******* saylı qərarından verilmiş şikayəti baxılmadan geri qaytarılsın. Qərardadan şikayət və protest verilə bilməz. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar