Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-425/2025 30.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Şikayət vermiş şəxs X1, Qax Rayon Polis Şöbəsinin YPX-nin İnspektoru polis baş serjantı X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından verilmiş şikayət üzrə inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ilə məhkəməyə müraciət edərək, Qax Rayon Polis Şöbəsinin YPXnin İnspektoru polis baş serjantı X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası DİN-in Qax Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında Azərbaycan Respublikası DİN-in Qax Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakını təmin etməməsi və məhkəməyə gəlməməsi barədə məlumat verməmişlər. Məhkəmə iclasında dindirilən X2 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının qanununun tələblərini pozmamışdır, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qərəzli olmaqla subyektiv amillərə görə tərtib olunmuşdur, iş üzrə təqsirli olmağı sübut edilməmişdir. Ona görə də şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qax Rayon Polis Şöbəsinin YPX-nin İnspektoru polis baş serjantı X3 xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Qax Rayon Polis Şöbəsinin YPX-nin İnspektoru polis baş serjantı X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 100 (yüz) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 129.1.5-ci maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Qax Rayon Polis Şöbəsinin YPX-nin İnspektoru polis baş serjantı X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilməməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 128.1, 129.1.5, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Qax Rayon Polis Şöbəsinin YPX-nin İnspektoru polis baş serjantı X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə X1 şikayəti təmin edilməsin. Qax Rayon Polis Şöbəsinin YPX-nin İnspektoru polis baş serjantı X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-425/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-425/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver