Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-43/2025 21.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Laçın rayonunun Kaha kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Laçın rayonunun Kaha kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci ildə saat 18 radələrində Ağdam rayonunun Xındırıstan kəndində Ağdam Rayon Polis Şöbəsinin inzibati binasında ünvansız nalayiq ifadələr işlətmiş, onu intizama dəvət edən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən S.N.Kazımov təqsirini etiraf edərək bildirmişdir ki, onun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ olmamışdır. xx.xx.2025-ci ildə günorta vaxtı spirtli içki içmiş və sonra yeznəsinə məxsus avtomobili idarə edərək evdən getmişdir. Yolda idarə etdiyi avtomobili başqa avtomobilə sürtmüş və digər sürücü ondan şikayətçi olmamışdır. Bu səbəbdən hadisə yerindən getmişdir. Bir neçə saat sonra polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində ünvansız söyüş söymüşdür. Polis əməkdaşı nalayiq ifadələr işlətməməyi ondan tələb etmiş, o isə sərxoş olduğundan öz söyüşlərini davat etmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X3 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 göstərmişdir ki, Şəxs xx.xx.2025-ci ildə saat 14 radələrində sürücülük hüququ olmadığı halda avtomobil idarə edərək inzibati xəta törətmişdir. Sonradan Şəxs tapılaraq saat 18 radələrində polis şöbəsinə gətirilmişdir. Sərxoş halda olan Şəxs polis şöbəsinin binasında ünvansız söyüş söyməyə başlamışdır. Sərxanı intizama dəvət etmiş, sonuncu isə sakitləşməmiş və söyüş söyməyi davam etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. İş materiallarında olan sərxoşluq üçün arayışdan görünür ki, Şəxs inzibati xəta törədərkən sərxoş olmuşdur. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 22:00-da inzibati qaydada tutulmuş və xx.xx.2025-ci il saat 17:30-da azad olunmuşdur. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, on gün müddətə inzibati həbs edilsin. Şəxs hazırki iş üzrə xx.xx.2025-ci il saat 22:00-dan xx.xx.2025-ci il saat 17:30-da qədər həbsdə saxlanıldığı iki gün müddət ona təyin edilmiş on gün müddətə inzibati həbsdən çıxılmaqla üzərində səkkiz gün müddətə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 21 yanvar 2025-ci il saat 11:20-dən hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-43/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-43/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver