Məhkəmə qərarları › İş №3(013)-44/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-44/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-44/2025 04.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, Qərarı barəsində şikayət verilmiş Ağdam Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2 iştirakı ilə, xx.xx.1970-ci ildə Ağdam rayonunun Nəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonunun Nəmirli kəndində qeydiyyatda olan, Ağdam rayonu Quzanlı 689 saylı qəsəbə ev 147-də yaşayan X3 Ağdam Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2 xx.xx.2025-ci il tarixli EPQ ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X.H.Alıyev məhkəməyə şikayət ünvanlayaraq Ağdam Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2 xx.xx.2025-ci il tarixli EPQ ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən X.H.Alıyev təqsirini etiraf edərək göstərmişdir ki, iribuynuzlu heyvan saxlamaqla qazanc əldə edib ailəsini dolandırır. Yaşadığı Quzanlı 689 saylı qəsəbədə yerləşən evin həyətində heyvanların peyini yığılır. xx.xx.2025-ci ildə həmin peyinləri küçəyə yığmışdır. Bu səbəbdən polis əməkdaşı onu cərimə etmişdir. Cərimə edilməsinin onun ali məktəblərdə tələbə olan övladlarına gələcəkdə narahatçılıq yaradacağı barədə fikirləri olduğu üçün şikayət etdiyini qeyd etməklə şikayətinin təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Ağdam Rayon Polis X1 Bölməsinin polis sahə rəisi F.İ.Qasımov məhkəmədə izahat verib bildirmişdir ki, bir neçə dəfə Xaliq Alıyevə xəbərdarlıq etməsinə baxmayaraq, sonuncu məişət tullantılarını küçəyə qadağan olunmuş yerə yığmışdır. Xaliq Alıyev sonuncu dəfə xx.xx.2025-ci ildə Ağdam rayonunun Quzanlı 689 saylı qəsəbəsində məişət tullantılarını tutumlardan (turnalardan) kənar yerlərə atmışdır. Bu səbəbdən Xaliq Alıyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində cərimə edilməsinə dair qərar qəbul etmişdir. Qəbul etdiyi qərarın qanuni olduğunu qeyd etməklə şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2 xx.xx.2025-ci il tarixli EPQ ******* saylı qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, X.H.Alıyevin şikayəti təmin edilməyərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3cü maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində inzibati cərimə edilməsinə dair Ağdam Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2 xx.xx.2025-ci il tarixli EPQ ******* saylı qərarı dəyişdirilməməlidir. Belə ki, şikayətə baxılarkən məlum olmuşdur ki, X.H.Alıyev xx.xx.2025-ci ildə Ağdam rayonunun Quzanlı 689 saylı qəsəbəsində məişət tullantılarını tutumlardan (turnalardan) kənar yerlərə atmışdır. Bu hal onun özünün məhkəmədə verdiyi etirafedici izahatı və Ağdam Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2 xx.xx.2025-ci il tarixli EPQ ******* saylı qərarı ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində məişət tullarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə məsuliyyət və üç yüz manat məbləğində cərimə növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilməsi, şikayətin və ya protestin isə təmin edilməməsi haqqında qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X3 Ağdam Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2 xx.xx.2025-ci il tarixli EPQ ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində inzibati cərimə edilməsinə dair Ağdam Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2 xx.xx.2025-ci il tarixli EPQ ******* saylı qərarı dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar