Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-441/2024 31.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi Ağdam Rayon Prokurorunun köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, ünvan 1 ünvanı olan hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati materiala 31 iyul 2024-cü il tarixdə Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdam rayon prokuroru, ədliyyə müşaviri X2 xx.xx.2024-cü il tarixli № 24-1- 2-2-401-1050-1 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: *********1) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Qeyd olunan qərarın məzmununa görə "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Ağdam Rayon Prokurorunun köməkçisi X5 izahatında hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərini pozaraq, yəni, əmək müqaviləsi barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X3 təxminən 2024-cü ilin yanvar ayından, 2024-cü ilin 22 may tarixinədək Ağdam rayonunun işğaldan azad edilmiş Qullar kəndi ərazisində yerləşən hörgü blokları istehsal edən zavodda istehsal rəisi vəzifəsini yerinə yetirməsi işinə cəlb edildiyini bildirdi və "xxxx" MMC-ni Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X6 izahatında X3 cəmiyyətin Ağdam rayonunun işğaldan azad edilmiş Qullar kəndi ərazisində yerləşən hörgü blokları istehsal edən zavodda istehsal rəisi vəzifəsinə cəlb edilmədiyini bildirdi və "xxxx" MMC-nin barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görəfiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tədbiq edilir. Məhkəmə qanunvericiliyini yuxarıda sadalanan maddələrinə əsaslanaraq hesab edir ki, "xxxx" MMC-nin inzibati xətanı törətməsi faktı sübuta yetirilir. Ona görə də "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 30-34, 106-115 və 192.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 20.000 (iyirmi min) manat cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-441/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-441/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver