Məhkəmə qərarları › İş №3(013)-442/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-442/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-442/2024 28.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin ictimai İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şamil oğlunun iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Ağdam rayonu Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam rayonu Mərzili kəndində ünvanda qeydiyyatda olan və Ağdam rayonu Ergi qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 510-cu və 535.1-ci maddələrində nəzərdə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs Şamil oğlu 28 iyun 2024-cü il tarixdə saat 10:00 radələrində Ağdam rayonu Ergi qəsəbəsində qanunsuz küçə ticarəti ilə məşgul olduguna görə polis əməkdaşı tərəfindən irad bildirildikdə polisin qanuni tələbinə tabe olmamış və xırda xuliqanlıq hərəkətləri etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs Şamil oğluna vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi X2 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs Şamil oğlu 28 iyun 2024-cü il tarixdə saat 10:00 radələrində Ağdam rayonu Ergi qəsəbəsində qanunsuz küçə ticarəti ilə məşgul olduguna görə polis əməkdaşı tərəfindən irad bildirildikdə polisin qanuni tələbinə tabe olmamış və xırda xuliqanlıq hərəkətləri etmişdir. Həmin müraciət əsasında Ağdam RPŞ-nin İTB-nin polis nəfərləri gəlmişdir. Dəfələrlə nizam-intizama dəvət etsələrdə, intizamsız hərəkətlərə davam etmiş və ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polisin qanuni tələblərinə tabe olmamışdır. Odir ki, onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şamil oğlu izahatında Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilmədiyini, onun heç bir qanunsuz hərəkətlər etmədiyini bildirdi və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin polis post-potrul xidmətin polis nəfəri X5 ifadəsində göstərdi ki, Şəxs Şamil oğlu 28 iyun 2024-cü il tarixdə saat 10:00 radələrində Ağdam rayonu Ergi qəsəbəsində qanunsuz küçə ticarəti ilə məşgul olduguna görə polis əməkdaşı tərəfindən irad bildirildikdə polisin qanuni tələbinə tabe olmamış və xırda xuliqanlıq hərəkətləri etmişdir və barəsində rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin polis post-potrul xidmətin polis nəfəri X3 ifadəsində göstərdi ki, Şəxs Şamil oğlu 28 iyun 2024-cü il tarixdə saat 10:00 radələrində Ağdam rayonu Ergi qəsəbəsində qanunsuz küçə ticarəti ilə məşgul olduguna görə polis əməkdaşı tərəfindən irad bildirildikdə polisin qanuni tələbinə tabe olmamış və xırda xuliqanlıq hərəkətləri etmişdir və barəsində rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin polis post-potrul xidmətin polis nəfəri X6 ifadəsində göstərdi ki, Şəxs Şamil oğlu 28 iyun 2024-cü il tarixdə saat 10:00 radələrində Ağdam rayonu Ergi qəsəbəsində qanunsuz küçə ticarəti ilə məşgul olduguna görə polis əməkdaşı tərəfindən irad bildirildikdə polisin qanuni tələbinə tabe olmamış və xırda xuliqanlıq hərəkətləri etmişdir və barəsində rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin polis post-potrul xidmətin polis nəfəri X4 ifadəsində göstərdi ki, Şəxs Şamil oğlu 28 iyun 2024-cü il tarixdə saat 10:00 radələrində Ağdam rayonu Ergi qəsəbəsində qanunsuz küçə ticarəti ilə məşgul olduguna görə polis əməkdaşı tərəfindən irad bildirildikdə polisin qanuni tələbinə tabe olmamış və xırda xuliqanlıq hərəkətləri etmişdir və barəsində rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Şamil oğlunun Azərbaycan Respublikası İXM-nin 510cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, şahid ifadələri və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Şamil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs Şamil oğlunun əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, Şəxs Şamil oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 106-114, 128-130, 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Şamil oğlu Azərbaycan Respublikası İXM-nin 510-cü və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiya çərçivəsində onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar