Məhkəmə qərarları › İş №3(013)-443/2023

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-443/2023

16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-443/2023 16.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam şəhəri Göyüşov küçəsi ev 4-də qeydiyyatda olan, Ağdam rayonu Baharlı qəsəbəsi ev 309-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 11 noyabr 2023-cü ildə saat 23 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsində sərxoş vəziyyətdə olarkən barəsində olan şikayətlə əlaqədar Ağdam Rayon Polis Şöbəsinə dəvət edilərkən həmin şöbənin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf etməyərək bildirmişdir ki, 11 noyabr 2023-cü ildə araq içmiş və arvadı Samirə ilə barışmaq üçün qayınanasının yaşadığı Quzanlı qəsəbəsində yerləşən evə getmişdir. Orada olduğu vaxt arvadı ondan şikayət etmiş və həyətdən çıxdıqdan sonra polis əməkdaşları gələrək onu Ağdam Rayon Polis Şöbəsinə aparmışlar. Polis əməkdaşlarını söyməmiş və təhqir etməmişdir. Ağdam Rayon Polis X6 Xidməti Bölüyünün polis nəfəri X4 şahid qismində məhkəmədə izahat verib göstərmişdir ki, 11 noyabr 2023-cü ildə saat 23 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan X1 «102» xidmətinə zəng edərək əri Şəxs sərxoş halda gələrək onu hədələdiyini demişdir. Bu səbəbdən Samirənin yaşadığı anasını Quzanlı qəsəbəsində yerləşən evinə getmişlər. Orada Elgiz həyətdən qaçmışdır. Elgizi polis şöbəsinə dəvət etmiş, lakin sərxoş vəziyyətdə olan Elgiz polis şöbəsinə getməkdən imtina edərək onların tələbinə tabe olmamış və nalayiq ifadələr işlətmişdir. Ağdam Rayon Polis X6 Xidməti Bölüyünün polis nəfəri X3 şahid qismində məhkəmədə izahat verib X2 göstərdiyi xüsusatları təsdiqləmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, polis əməkdaşlarının məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs təqsirini etiraf etməməsi özünü müdafiə etmək məqsədi daşıyır. İş materiallarında olan sərxoşluq üçün xx.xx.2023-cü il tarixli 679 saylı arayışdan görünür ki, Şəxs inzibati xəta törədərkən yüngül dərəcəli sərxoş olmuşdur. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı protokoldan görünür ki, Şəxs həmin gün saat 23:40-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü ildə saat 10:00-da azad edilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, səkkiz gün müddətə inzibati həbs edilsin. Şəxs hazırki iş üzrə xx.xx.2023-cü il saat 23:40-dan xx.xx.2023-cü il saat 10:00-a qədər həbsdə saxlanıldığı iki gün müddət ona təyin edilmiş səkkiz gün müddətə inzibati həbsdən çıxılmaqla üzərində altı gün müddətə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 16 noyabr 2023-cü il saat 11:10-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar