Məhkəmə qərarları › İş №3(013)-444/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-444/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-444/2025 25.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, X1 iştirakları ilə, X5 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 20 sentyabr 2021-ci il tarixli Qərarından verdiyi şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 08 iyun 2025-ci il tarixli, EQ 28441176 saylı Qərarının etibarsız hesab edilərək ləğv edilməsini və barəsində Azərbaycan Respublikasının İnzibati xətalar Məcələsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət ərizəsində O.Əlişov göstərmişdir ki, 08 iyun 2025-ci il tarixdə, saat 15-20-də etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz 180 minik" markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yevlax-Ağdam-Laçın yolunun 13.2-ci kilometrliyində hərəkətdə olan zaman onunla eyni istiqamətdə hərəkət edən toy karvanı avtomobilləri içərisində uşaq, cavan, qadın və kişilər olmasına baxmayaraq avtoxuliqanlıq hərəkətləri edərək avtomobili anidən sağa, sola çəkməyə və anidən sürətlənib-tormozlanma edərək yolda təhlükəli vəziyyət yaratmağa başlamışlar. Həmin vaxt toy karvanında olan həmin sürücülər anidən avtomobili onun da idarə etdiyi avtomobilin üzərinə çəkdiklərindən baş verəcək təhlükənin, qəzanın, yol-nəqliyyat hadisəsinin, insan tələfatının qarşısını almaq üçün məcbur olub son zərurət kimi avtomobili düz xəttdən sağa çəkmiş, həmin vaxt qarşı hərəkət yolu boş olmuş və ona qarşı tərəfdən gələn nəqliyyat vasitələri üçün maneə yaratmamışdır. Buna baxmayaraq kamera arxasında oturan yol polisi əməkdaşı işin halını düzgün qiymətləndirməmiş, fürsət bilib həmin anın şəkilini electron kabinetə yerləşdirərək, əsassız olaraq barəsində İXM-nin 327.2-ci maddəsi ilə onun 100 manat və 3 cərimə balı ilə cərimə olunmağı barədə qərar çıxarmışdır. Buna baxmayaraq işə obyektiv baxılmamış, elektron kabinetdə şəkil yerləşdirməklə qayda pozuntusu halı yaratmağa çalışılmış, hadisə ilə bağlı video görüntü gizlədilmişdir. Əgər operator həmin anın video görüntüsünü də kabinetə yerləşdirsə idi qeyd etdiyi halları açıq şəkildə görmək olardı. Bildirir ki, görüntüdə olduğu kimi önündə hərəktdə olan toy karvanı Yevlax rayonu Malbinəsi kəndinə dönmək məqsədi ilə anidən sola dönmə işıqlarını yandıraraq hərəkət surətlərini tam azaltmışlar. Hərəkətini davam etdirmək üçün və qarşısında olan avtomaşınlara toxunmamaq məqsədi ilə məcburiyyətdən yolun əks istiqamətinə çıxmışdır. Müşahidə kamerasından video görüntü əldə olunsa orda hər şey aydın görsənər. Bu hərəkəti inzibati xəta yox, baş verə biləcək qəzanın qarşını almağı kimi qiymətləndirilməlidir. Belə hesab edir ki, heç bir inzibati xəta törətməmiş, barəsində olan xx.xx.2025-ci il tarixli, EQ 28441176 saylı X13 haqqında elektron qərarı qanunsuz və əsassız hesab edir. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənləri əsas gətirib məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında O.Əlişov şikayəti müdafiə etdi. Məhkəmə iclasında inzibati xətanın video görüntülərinə baxıldı, O.Əlişov tərəfindən inzibati xətanın aşkar törədilməsi müəyyən edildi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X12, X3 Təmin Edilməsi və X4 X8 Qaydaların Pozulması ilə X9 X6 X13 Haqqında xx.xx.2025-ci il tarixli, EQ 28441176 saylı Elektron Qərarın surətindən görünür ki, X15 yolunun 13,2-ci kilometrliyində saat 15-20-də “Mersedes Benz 180” minik markalı, ** OK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsinin istifadəçisi X7 əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qeyd olunan Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Sözügedən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə təqdim edilmiş materialları və videogörüntüləri nəzərdən keçirib hesab edir ki, X5 inzibati xəta törətməsi sübut olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106-119-cu maddələrinin tələblərini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilməsin. X5 - Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 327.2-ci maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 08 iyun 2025-ci il tarixli, EQ 28441176 nömrəli qərarından şikayəti təmin edilməsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar