Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-447/2025 25.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1997-ci ildə Bərdə rayonu X9 Çadır Şəhərciliyndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonunun Şotlanlı kəndində qeydiyyatda olan, Ağdam rayonu, Təzəkənd kəndində yaşayan X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinib, 1500 (min beş) manat məbləğində inzibati cərimə edilmişdir. X3 məhkəməyə şikayət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından şikayət vermə müddətinin bərpa edilməsi, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş, büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı cədvəlinə uyğun olaraq Uşaq bağcalarının nümunəvi ştatı cədvəlinə əsasən, müstəqil binası, iki və daha çox olan qrupu olan uşaq bağçalarında dalandar vəzifəsi, süpürülən sahənin yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş normalarına uyğun olaraq müəyyən edilir. Uşaq bağçasının 1.5 hektarından az olmayan sahədə meyvə bağı və ya bəzək ağacı əkilmiş yaşıl meydançası olduqda dalandar vəzifəsi əvəzinə bağban vəzifəsi müəyyən edilə bilər. Ağdam rayon Təzəkənd qəsəbə uşaq bağçasının süpürülən sahəsi 2700 kv.m olsada, lakin bağça cəmi 1 qruplu olduğu üçün bu bağçaya dalandar ştatı müəyyən edilmir. Ona görə də Ağdam rayon Təzəkənd qəsəbə uşaq bağçasının 0.5 ştat vahidində olan dalandar vəzifəsində işləyən X5 xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq məktubu təqdim edilmiş, ona həmin məktubda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ona məktub təqdim edildikdən doqquz təqvim həftəsi sonra xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixdə X4 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə uyğun xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, şikayət təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından T.M.İsmayılovanın şikayət vermək üçün buraxdığı müddət üzrlü olduğundan bərpa edilməli, həmin qərar ləğv edilməli və T.M.İsmayılovanın əməlində Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.0.2 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinib, 1500 (min beş) manat məbləğində inzibati cərimə edilmişdir və inzibati cərimə şərti olaraq tədbiq edilmişdir. Şikayətə baxılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının X2 verilməsini təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. Həmçinin qeyd etmək zəruridir ki, məhkəməyə şikayət etmək T.M.İsmayılovanın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüququdur. Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər – min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İşə baxılarkən məlum olmuşdur ki, T.M.İsmayılovanın barəsində tərtib olunmuş qərarda qeyd olunduğu kimi deyil, X4 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasdır. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi və on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş, büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı cədvəlinə uyğun olaraq Uşaq bağcalarının nümunəvi ştatı cədvəlinə əsasən, müstəqil binası, iki və daha çox olan qrupu olan uşaq bağçalarında dalandar vəzifəsi, süpürülən sahənin yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş normalarına uyğun olaraq müəyyən edilir. Uşaq bağçasının 1.5 hektarından az olmayan sahədə meyvə bağı və ya bəzək ağacı əkilmiş yaşıl meydançası olduqda dalandar vəzifəsi əvəzinə bağban vəzifəsi müəyyən edilə bilər. Ağdam rayon Təzəkənd qəsəbə uşaq bağçasının süpürülən sahəsi 2700 kv.m olsada, lakin bağça cəmi 1 qruplu olduğu üçün bu bağçaya dalandar ştatı müəyyən edilmir. Ona görə də Ağdam rayon Təzəkənd qəsəbə uşaq bağçasının 0.5 ştat vahidində olan dalandar vəzifəsində işləyən X5 xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq məktubu təqdim edilmiş, ona həmin məktubda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ona məktub təqdim edildikdən doqquz təqvim həftəsi sonra xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixdə X4 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə uyğun xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qəran ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 133-134 , 128-130 -cu maddələrinə rəhbər tutub, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından X1 şikayət vermək üçün buraxılmış müddət bərpa edilsin. X1 şikayət verdiyi şikayət təmin edilsin. X1 şikayət Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş) manat məbləğində İnzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Qarabağ Regional Şöbəsinin inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-447/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-447/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver