Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-448/2023 06.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı, xx.xx.1988-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Zəngişalı kəndində yaşayan Şəxs barəsində Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq, müəyyənetdi: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə material daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs göstərmişdir ki, onun anası Zəngişalı kənd uşaq bağçasında baş aşbaz, Zərərçəkmiş şəxs arvadı isə aşbaz köməkçisi işləyir. Zərərçəkmiş şəxs dəfələrlə şikayət edərək onun anasının işdən çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən əsəbləşərək xx.xx.2023-cü ildə Elşənin yaşadığı Ağdam rayonunun Zəngişalı kəndində yerləşən evinə getmiş, küçə qapısının yanında dayanaraq Elşəni çağırmış, Elşən evdən çölə çıxmadığından həyətdə olan üç ədəd şiferi yumruqla vuraraq sındırmışdır. Həmn vaxt Elşənin evində arvadı və uşaqları olmuşlar. Daha sonra qardaşı Ceyhun Abdullayev gələrək onu sakitləşdirib evə aparmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq gəlməkdən imtina etdiyini bildirmiş və istintaqın Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Polis X3 təhqiqatçısı X2 qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində cinayət işi başlanılması rədd olunmuş və əməlində inzibati xəta tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin X1 göndərilmişdir. Məhkəmə daxil olmuş sənədləri nəzərdən keçirib və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib belə hesab edir ki, Şəxs əməlində xuliqanlıq cinayətinin əlamətləri olduğundan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən barəsində aparılan inzibati xəta haqqında işin icraatına xitam verilərək materiallar prokurora göndərilməlidir. Həmin maddədə göstərilmişdir ki, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda icraata xitam verilərək, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi PlenumununAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair 18 noyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, İstintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 85 və 114.2.3-cü maddələrinin məzmunundan çıxış edərək qeyd etmişdir ki, həmin maddələrdə aydın və birmənalı şəkildə müəyyən edilmiş qaydaya əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə özü cinayət işini başlamır, istintaq orqanın cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarını ləğv etmir, o, əməldə müəyyən etdiyi cinayət əlamətləri barədə cinayət təqibini başlamaq səlahiyyətində olan orqanı məlumatlandırmaqla materialları həmin orqana göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs əməlində cinayətin əlamətləri olduğundan, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında işin icraatına xitam verilsin və materiallar prokurora göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-448/2023
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-448/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver