Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-451/2024 03.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Qazax rayonunun Musaköy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qazax rayonunun Xanlıqlar kəndində qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2024-cü ildə saat 01 radələrində müvafiq icazəsi olmadan Ağdam rayonunun Təzəkənd kəndində polis postundan kənar həmin rayonun işğaldan azad edilmiş hissəsinə keçmək istəmiş, polis əməkdaşları ondan geri qayıtmağı tələb etmələrinə baxmayaraq, polis əməkdaşları ilə mübahisə etməklə onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Q.Y.Həbilov təqsirini etiraf edərək bildirmişdir ki, xx.xx.2024-cü ildə saat 01 radələrində işləmək üçün Ağdam şəhərinə getmək istəmişdir. Polis əməkdaşları onu polis postunda saxladıb geri qayıtmalarını tələb etmişlər. Həmin vaxt geri qayıtmaq istəmədiyini polis əməkdaşına deyib postdan kənar işğaldan azad edilmiş əraziyə getmək istəmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X2 Xidməti Bölüyünün polis nəfəri X1 göstərmişdir ki, xx.xx.2024-cü ildə saat 01 radələrində xidmətdə olduğu vaxt Şəxs Ağdam rayonunun Təzəkənd kəndində yerləşən polis postuna gələrək işğaldan azad edilmiş əraziyə getmək istəmişdir. Qabilin müvafiq icazəsi olmadığından onu postdan buraxmamışlar. Həmin vaxt Qabil polis postundan kənar işğaldan azad edilmiş əraziyə getmək istəmişdir. Şəxs geri qayıtmasını tələb etmiş, lakin sonuncu tələbə əməl etməmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, şahidin məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsi və tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. Onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs həmin gün saat 02:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, səkkiz gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 03 iyul 2024-cü il saat 02:00-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-451/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-451/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver