Məhkəmə qərarları › İş №3(013)-452/2023

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-452/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-452/2023 27.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Mərzili kəndində qeydiyyatda olan, Ağdam rayonu Baharlı qəsəbəsi ev 241-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 27 noyabr 2023-cü ildə saat 08 radələrində Ağdam rayonu Evoğlu kəndində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, 27 noyabr 2023-cü ildə saat 08 radələrində etibarnamə ilə idarə etdiyi Ford Transit markalı ** MT *** nömrəli avtomobillə Ağdam şəhərinə sərnişin apararkən yolda tıxac olduğu üçün oğlu Namiqlə polis əməkdaşı arasında mübahisə yaranmışdır. Namiqin polislə dartışdığını görərək onlara yaxınlaşıb aralaşdırmışdır. Sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Ağdam Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3 şahid qismində məhkəmədə izahat verib göstərmişdir ki, hazırda Ağdam rayonunun Evoğlu kəndində yerləşən polis postunun komandiri vəzifəsini icra edir. 27 noyabr 2023-cü ildə saat 08 radələrində X8 Transit markalı ** ZM *** nömrəli avtomobillə Ağdam şəhərinə gedən yolun əks istiqamətində dayanmış və şəhərə getmək istəmişdir. Namiqdən avtomobili yoldan çıxarmasını tələb etmiş, sonuncu isə ona «sənin mənə işin düşərsə səni süründürəcəm» demişdir. Bundan sonra Namiqdən avtomobildən düşməsini tələb etmiş, Namiq avtomobildən yerə düşərək onun yaxasından tutmuşdur. Bundan sonra Namiqin atası Babək və dayısı Səttar onlara yaxınlşaraq onunla mübhisə etməyə başlamışlar. Daha sonra hər üç şəxsi polis şöbəsinə aparmışlar. Babəkin oğlu Namiq inzibati qaydada həbs olunmuşdur. Ağdam Rayon Polis X5 Xidməti Bölüyünün polis nəfəri X4 şahid qismində məhkəmədə izahat verib X2 göstərdiyi xüsusatları təsdiqləmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, polis əməkdaşlarının məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, iki yüz manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar