Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-454/2023 30.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam şəhəri 20 Yanvar küçəsi ev 120-də qeydiyyatda olan, Ağdam rayonu Xındırıstan qəsəbəsi ev 45-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 28 noyabr 2023-cü ildə saat 23:30 radələrində Ağdam rayonunun Xındırıstan qəsəbəsində sərxoş vəziyyətdə başqa şəxsin ünvanına ucadan nalayiq ifadələr işlədərkən onu intizama dəvət edən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, 28 noyabr 2023-cü ildə araq içərək sərxoş olmuş və Xındırıstan qəsəbəsində Arif Zeynalov adlı tanışı ilə mübahisə edərək söyüş söymüşdür. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq söyüş söyməməsini demiş, o isə sərxoş olduğundan polisin tələbinə tabe olmamışdır. Tutduğu əməldən peşmançılıq hisi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Ağdam Rayon Polis X6 Xidməti Bölüyünün polis nəfəri X3 şahid qismində məhkəmədə izahat verib göstərmişdir ki, 28 noyabr 2023-cü ildə saat 23:30 radələrində Ağdam rayonunun Xındırıstan qəsəbəsində iş yoldaşı Cavid Məmmədovla birlikdə xidmətdə olarkən Şəxs Arif Zeynalovla mübahisə edərək ucadan söyüş söydüklərini görmüşdür. Həmin şəxslərə yaxınlaşaraq onları intizama dəvət etmiş, lakin sərxoş olan Habil qanuni tələbə tabe olmayaraq nalayiq ifadələr işlətmişdir. Ağdam Rayon Polis X6 Xidməti Bölüyünün polis nəfəri X2 şahid qismində məhkəmədə izahat verib X1 göstərdiyi xüsusatları təsdiqləmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, polis əməkdaşlarının məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. İş materiallarında olan sərxoşluq üçün xx.xx.2023-cü il tarixli 692 saylı arayışdan görünür ki, Şəxs inzibati xəta törədərkən yüngül dərəcəli sərxoş olmuşdur. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı protokoldan görünür ki, Şəxs həmin gün saat 00:30-da inzibati qaydada tutulmuş və xx.xx.2023-cü ildə saat 10:30-da azad edilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, on gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 29 noyabr 2023-cü il saat 00:30-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-454/2023
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-454/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver