Məhkəmə qərarları › İş №3(013)-456/2023

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-456/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-456/2023 30.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Baş Qərvənd kəndində qeydiyyatda olan, Bakı şəhəri Qaradağ rayonu Qubu Park qəsəbəsi bina 17 mənzil 27-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 17 iyun 2023-cü ildə saat 13 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində B.V.Fərzəliyevi döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Qubu Park qəsəbəsi bina 17 mənzil 27-də yaşamasına baxmayaraq 2023-cü ilin yay aylarında Quzanlı qəsəbəsində bibisi Aybəniz Quliyevanın evində qonaq olmuşdur. Evli olmasına baxmayaraq nikahını rəsmiləşdirməmişdir. 17 iyun 2023-cü ildə saat 13 radələrində qaynı Sadiqlə birlikdə bibisi İradəyə məxsus olan Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən mağazaya girdikdə orada olan X3 həyasız dediyini eşitmişdir. Bu səbəbdən Bəhruzun qolundan tutub özünə tərəf çəkmək istəmiş, həmin vaxt Bəhruz yerə yıxılmış, o isə yerdə dizlərini Bəhruzun sinəsinə qoyaraq boğazından tutub vurmaq istəmişdir. Həmin vaxt bibisi İradə Bəhruzun şəhid qardaşı olduğunu və Bəhuzu vurmamasını ona demişdir. Bundan sonra Bəhruzu vurmamışdır. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən B.F.Fərzəliyev göstərmişdir ki, qardaşı Samir 44 X4 şəhid olmuşdur. 17 iyun 2023-cü ildə saat 13 radələrində su və siqaret almaq üçün xalası oğlu Əliyə pul vermiş və Əli Sadiqin bibisi İradəyə məxsus mağazaya girərək oradan həmin əşyaları alıb ona vermişdir. Əli gətirib ona verdikdən sonra suyun isti olduğunu görüb dəyişdirmək üçün mağazaya girmiş, lakin İradə dəyişməmişdir. Həmin vaxt İradəyə 50 manatlıq pul əskinazı verərək soyuq su istəmiş, İradə isə xırdasının olmadığını demişdir. Bu səbəbdən İradənin qardaşı oğlu Sadiq mağazaya daxil olaraq onu vurub yerə yıxmış və sinəsinin üstünə dizlərini qoyaraq onu yumruqla vurmuşdur. Şəhid ailəsinə qarşı hörmətsizlik etdiyindən Şəxs barəsində şikayətçi olduğunu bildirərək ciddi tədbir görülməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olmaqla məhkəmədə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, zərər çəkmiş şəxsin izahatı, Ağdam Rayon Polis X2 təhqiqatçısının qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə belə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, on beş gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 30 noyabr 2023-cü il saat 18:00-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar