Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-461/2024 08.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1991-ci ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Çəmənli kəndində qeydiyyatda olan, Ağdam rayonunun Çəmənli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2024-cü ildə saat 19:30 radələrində Ağdam rayonunun Çəmənli kəndində yerləşən ziyarətgahda N.M.Əliyevin ünvanına nalayiq ifadələr işlətmiş, bununla əlaqədar olaraq hadisə yerinə gəlib onu intizama dəvət edən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, xx.xx.2024-cü ildə saat 17 radələrində idarə etdiyi «Kamaz» markalı avtomobili Çəmənli kəndində yerləşən ziyarətgahın qarşısında saxlamışdır. Həmin vaxt ziyarətgahda işləyən şəxs ona avtomobili götürməsini demiş, o isə başqa avtomobilə minərək oradan getmişdir. Saat 19:30 radələrində həmin yerə gəldikdə ziyarətgahda işləyən Nizam Əliyev ziyarətgahın qarşısında avtomobil saxladığına görə ona iradını bildrmiş, o isə Nizamla mübahisə etmiş və nalayiq ifadələr işlətmişdir. Daha sonra hadisə yerinə gəlmiş polislər onu intizama dəvət etmiş, polisin tələbinə tabe olmamışdır. Bundan sonra qayınatası Aqil və sonuncunun qardaşı oğlu Faiq gəlmişlər. Aqil Nizamın söyüş işlətdiyini deyərək sonuncunun üstünə cummuş, Faiq isə ocağın həyətinə qaçaraq Aqillə Nizamı sakitləşdirmək istəmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən N.M.Əliyev göstərmişdir ki, Şəxs əvvəllər dəfələrlə idarə etdiyi «Kamaz» markalı avtomobili onun işlədiyi Ağdam rayonunun Çəmənli kəndində yerləşən ziyarətgahın qadınlara aid sanitar qovşağının qarşısında saxlamış və o, avtomobili həmin yerdə saxlamamağı Şəxs demişdir. xx.xx.2024-cü ildə saat 17 radələrində Murad yenidən avtomobili ziyarətgahın qadınlara aid sanitar qovşağının qarşısında saxlamış, ziyarətgahın işçisi avtomobili oradan götürməsini demiş, Murad isə nalayiq ifadə işlədib getmişdir. Saat 19:30 radələrində Murad qayıtmışdır. Murada həmin yerdə avtomobil saxlamamasını demiş, sonuncu isə onu söyüb təhqir etmişdir. Daha sonra Muradın qayınatası Aqil və sonuncunun qardaşı oğlu Faiq hadisə yerinə gələrək onu söyərək mübahisə etmişlər. Mübahisə zamanı Aqili onu vurmuşdur. Bu səbəbdən qardaşı hadisə yerinə polis əməkdaşlarını çağırmışdır. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3 göstərmişdir ki, xx.xx.2024-cü ildə saat 19:30 radələrində xırda xuliqanlıq və mübahisə barədə daxil olmuş məlumata əsasən hadisə yeri olan Ağdam rayonunun Çəmənli kəndində yerləşən ziyarətgaha getmişdir. Orada Şəxs, sonuncunun qayınatası Aqil və qohumu Faiq Kərimovun ziyarətgahın işçisi Nizam Əliyevlə mübahisə edərək sonuncunu söydüklərini görmüşdür. Murad, Faiq və Aqili sakitləşdirmək istəmiş, lakin sonuncular sakitləşməmiş və söyüş söyməyi davam etmişlər. Daha sonra hər üç şəxs hadisə yerindən qaçmışlar. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, zərər çəkmiş şəxsin, şahidin məhkəmədə verdikləri izahatlar və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 22:00-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il saat 21:00-da azad olunmuşdur. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəyə əsasən iyirmi gün müddətə inzibati həbs edilsin. Şəxs hazırki iş üzrə xx.xx.2024-cü il saat 22:00-dan xx.xx.2024-cü il saat 21:00-a qədər həbsdə saxlanıldığı bir gün müddət ona təyin edilmiş iyirmi gün müddətə inzibati həbsdən çıxılmaqla üzərində on doqquz gün müddətə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 08 iyul 2024-cü il saat 13:10-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-461/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-461/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver