Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-461/2025 24.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, Ağdam RPŞ-nın DYPB-nin inzibati tənbeh tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında çıxarılmış qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə X2 tərəfindən verilmiş şikayəti üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ilə məhkəməyə müraciət edərək, Ağdam RPŞ-nın DYPB-nin inzibati tənbeh tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında çıxarılmış qərarın ləğv edilməsi və barəsində İXM-nin 346.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, X2 tərəfindən protokolun surəti, protokol əsasında çıxarılmış qeyd olunan qərarının sürəti şikayətə əlavə edilməmişdir. Həmçinin, qeyd olunan şikayət X2 tərəfindən imza edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: X1 Ağdam RPŞ-nın DYPB-nin inzibati tənbeh tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında çıxarılmış qərarın ləğv edilməsi və barəsində İXM-nin 346.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə şikayəti baxılmadan geri qaytarılsın. Qərardadan şikayət və protest verilə bilməz. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-461/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-461/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver