Məhkəmə qərarları › İş №3(013)-462/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-462/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-462/2025 07.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Ağdam rayonunun Çullu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Çullu kəndində yaşayan X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ilə E.Ə.Quliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinib, iki min manat məbləğində inzibati cərimə edilmişdir. E.Ə.Quliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 130.1-ci maddələrində nəzərdə tutulmuş qaydada xx.xx.2025-ci ildə məhkəməyə şikayət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. E.Ə.Quliyev şikayətini onunla əsaslandırmışdır ki, onun cərimə edilməsinə dair qərarın qəbul edilməsinə əsas kimi 2025-ci ilin yanvar ayında Ağdam rayonunun Çullu kəndi ərazisində meşə fonduna daxil olmayan 19 ədəd bioloji inkişafda olan nar kollarını kök boğazından kəsməklə məhv etməsi olmuşdur. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarını aşağıda göstərilənlərə əsasən əsassız hesab edir. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarında göstərilən 19 ədəd bioloji inkişafda olan nar kolları E.Ə.Quliyevə məxsus Ağdam rayonu Çullu kəndində yerləşən pay torpağında bitib, yəni o, ağacları qanunsuz kəsməmişdir. Etirazının əsasını şikayətə əlavə etdiyi mübahisə predmeti olan ağacın fotoşəklləri bir daha təsdiq edir. Beləliklə yuxarıda göstərilənlərə əsasən 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən E.Ə.Quliyev şikayətini müdafiə edərək göstərmişdir ki, təxminən 30-40 ildir ki, bələdiyyəyə məxsus ərazini istifadə edir. Quzanlı Bələdiyyəsinə məxsus torpaq sahəsində bitmiş nar kollarını masuliyyət daşıyacağını bilmədən kəsmişdir. Şikayət ərizəsində texniki səhv olaraq istifadə etdiyi torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Barəsində qanunsuz və əsassız qərar çıxarıldığını qeyd etməklə şikayətin təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi A.S.Ələkbərov məhkəmə baxışında izahat verib fizki şəxs hesab edilən Ağdam Rayonu Quzanlı Bələdiyyəsinə məxsus torpaq sahəsində bitmiş 19 ədəd nar kolunu kəsdiyinə görə E.Ə.Quliyevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinib, iki min manat məbləğində inzibati cərimə edilməsinə dair təmsil etdiyi idarənin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının qanuni olduğunu qeyd etməklə şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, E.Ə.Quliyevin şikayəti təmin edilməyərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinib, iki min manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı dəyişdirilməməlidir. Belə ki, məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının surətindən görünür ki, E.Ə.Quliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinib, iki min manat məbləğində inzibati cərimə edilmişdir. E.Ə.Quliyevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasına səbəb onun 2025-ci ilin yanvar ayında Ağdam rayonunun Çullu kəndi ərazisində meşə fonduna daxil olmayan 19 ədəd nar kollarını kök boğazından kəsməklə məhv etməsi olmuşdur. Beləliklə məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, E.Ə.Quliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə məsuliyyət nəzərdə tutmuşdur. Həmin maddənin sanksiyasında fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə göstərilmişdir. E.Ə.Quliyev barəsində səlahiyyətli orqan tərəfindən qərar qəbul edilərkən prosessual qaydalara əməl olunuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-cü maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki:

1. Bu Məcəllənin 253-cü maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

2. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi şamil edilmir.[

3. Bu Məcəllənin 253.3.1, 253.3.2 və ya 253.3.3-cü maddələrinə əsasən bir neçə ağacın və ya kolların zədələnməsi və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsi ilə əlaqədar inzibati xəta haqqında işə baxılarkən həmin xətaya görə tətbiq edilən inzibati cərimənin məbləği bu Məcəllənin 25.4cü maddəsində hüquqi və fiziki şəxsə, həmçinin vəzifəli şəxsə münasibətdə müəyyən edilmiş məbləğdən artıq ola bilməz. Şikayətə baxılarkən məlum olmuşdur ki, E.Ə.Quliyev kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqları (əkinləri) deyil, meşə fonduna daxil olmayan 19 ədəd nar kollarını kök boğazından kəsməklə məhv etmişdir. Sözügedən kollar şikayət ərizəsində qeyd edildiyini kimi Ə.E.Quliyevə məxsus torpaq sahəsində deyil, Ağdam Rayonu Quzanlı Bələdiyyəsinə məxsus torpaq sahəsində bitmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə

q ə r a ra a l d ı :

X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinib, iki min manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar