Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-463/2024 08.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1965-ci ildə Ağcabədi rayonu Taynaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu Taynaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 04 iyul 2024-cü il tarixdə saat 19:30 radələrində Ağdam rayon Çəmənli kəndində yerləşən X1 uca səslə nəlayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qaçıb getmişdir. Tərtib edilmiş inzibati protokolun məzmununa görə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsi polis sahə rəisi X4 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs 04 iyul 2024-cü il tarixdə saat 19:30 radələrində Ağdam rayon Çəmənli kəndində yerləşən X1 uca səslə nəlayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qaçıb getmişdir. Ona görə də Şəxs barəsində raportla Şöbənin rəhbərliyinə müraciət edilmişdir. odur ki, onun inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, əməlindən səmimi peşman olduğunu bildirdi və ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında göstərmişdir ki, Murad Mehdiyev əvvəllər dəfələrlə idarə etdiyi “Kamaz” markalı avtomobili onun işlədiyi Ağdam rayonunun Çəmənli kəndində yerləşən ziyarətgahın qadınlarına aid sanitar qovşağının qarşısında saxlamış və o, avtomobili həmin yerdə saxlamağı Murad Mehdiyevə demişdir. xx.xx.2024-cü ildə saat 17 radələrində Murad yenidəb avtomobili ziyarətgahı qadınlara aid sanitar qovşağının qarşısında saxamış, ziyarətgahın işçisi avtomobili oradan götürməsini demiş, Murad isə nalayiq ifadə işlədib getmişdir. Saat 19:30 radələrində Murad qayıtmışdır. Murada həmin yerdə avtomobili saxlamamasını demiş, sonuncu isə onu söyüb təhqir etmişdir. Daha sonra Muradın qayınatası Aqil və sonuncunun qardaşı oğlu Faiq hadisə yerinə gələrək onu söyərək mübahisə etmişlər. Mübahisə zamanı Aqil onu vurmuşdurş Bu səbəbdən qardaşı hadisə yerinə polis əməkdaşlarını çağırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsi polis sahə rəisi X6 ifadəsində göstərdi ki, Şəxs 04 iyul 2024-cü il tarixdə saat 19:30 radələrində Ağdam rayon Çəmənli kəndində yerləşən X1 uca səslə nəlayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qaçıb getdiyini, ona görə də onun barəsində raportla Şöbənin rəhbərliyinə müraciət edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, şahid ifadələri və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. İş materiallartırda olan 05 iyul 2024-cü il il tarixli № ******* inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 05 iyul 2024-cü il saat 11:00-dən 05 iyul 2024-cü il saat 21:00-dək inzibati qaydada tutulmuşdur. Odur ki, həmin müddət nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 106-114, 128-130, 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiya çərçivəsində onun barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilsin. Şəxs 05 iyul 2024-cü il saat 11:00-dən 05 iyul 2024-cü il saat 21:00-dək inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla, üzərinə qəti olaraq 14 (on dörd) gün müddətinə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 08 iyul 2024-cü il tarixdən hesablansın. Qərardan 10 (on) gün müddətində Ağdam rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-463/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-463/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver