Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-463/2025 23.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun qanuni nümayəndəsi X3, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən Vəkil, Ağdam rayon prokurorunun köməkçisi X1 iştirakı ilə, xx.xx.2007-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Yusifcanlı kəndində qeydiyyatda olan, Ağdam rayonunun Qasımbəyli qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə material daxil olmuşdur. xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs «VAZ 2106» markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 2023-2024-cü illərdə Ağcabədi və Şuşa rayonları ərazisində konstruksiya dəyişiklikləri apardığı «VAZ 2106» markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən zizaqvari hərəkətlər etmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və inzibati xəta törətməsindən bir ildən artıq müddət keçdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi qismində məhkəmədə izahat verən R.D.Abdullayev göstərmişdir ki, oğlu Nihad 2023- 2024-cü illərdə Ağcabədi və Şuşa rayonları ərazisində konstruksiya dəyişiklikləri apardığı «VAZ 2106» markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən zizaqvari hərəkətlər etmişdir. Bu hadisədən sonra 3-4 dəfə Nihad cərimə olunmuşdur. Şahid Ağdam Rayon X7 X8 yol patrul xidməti inspektoru X2 göstərmişdir ki, Şəxs xeyli müddət bundan əvvəl avtoxuliqanlıq hərəkətləri etmiş, hadisənin törədildiyi vaxt ona məlum olmamışdır. Lakin 3-4 gün bundan əvvəl Nihad avtoxuliqanlıq hərəkətlərini çəkdiyi videoyazını sosial şəbəkədə yerləşdirmişdir. Ağdam rayon prokurorunun köməkçisi R.C.Nəhmətov qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, inzibati tənbeh vermə müddətinin keçməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6 və 105.1-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü i maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsindən dörd aydan artıq müddət keçməsi onun özünün və qanuni nümayəndəsinin izahatları ilə təsdiq olunmuşdur. İnzibati xəta haqqında materialda Şəxs polis şöbəsində verdiyi izahatından başqa hadisənin baş verdiyi tarix dəqiq müəyyən olunmamışdır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi gündən dörd aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.[25] Həmin Məcəllənin 38.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 105.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,53.0.9, 105.1, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-463/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-463/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver