Məhkəmə qərarları › İş №3(013)-464/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-464/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-464/2025 07.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1981-ci ildə Ağdam rayonunun Suma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon mənzil kommunal istismar sahəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, Ağdam rayonunun Suma kəndində qeydiyyatda olan, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ilə S.M.İbrahimov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinib, üç min manat məbləğində inzibati cərimə edilmişdir. S.M.İbrahimov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 130.1-ci maddələrində nəzərdə tutulmuş qaydada xx.xx.2025-ci ildə məhkəməyə şikayət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. S.M.İbrahimov şikayətini onunla əsaslandırmışdır ki, onun cərimə edilməsinə dair qərarın qəbul edilməsinə əsas kimi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli Ç-MÇ/4825-004 saylı məcburi göstərişinin tələblərinə riayət olunmaması göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya vəTəbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04.04. 2025-ci il tarixli MN ******* nömrəli qərarını aşağıda göstərilənlərə əsasən əsassız hesab edir. Belə ki, həmin şikayətə əlavə edilmiş 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən idarə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Ç-MÇ/4825-004 saylı məcburi göstərişin tələblərinə onun tərəfindən əməl edilməməsi göstərilmişdir. Həmin protokolda göstərilənlərə qəti etiraz edərək qeyd edilən ərazinin Ağdam rayon Mənzil Kommunal İstismar Sahəsinin ərazisinə aid olmadığını bildirmişdir. Məişət tullantılırı aşkar edildiyi ərazinin Ağdam rayon Kommunal İstismar Sahəsinə aidiyyəti olmadığı, həmin zibil tökülən ərazinin Quzanlı Bələdiyyəsinin balansında olması barədə məlumat verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən S.M.İbrahimov şikayətini müdafiə edərək göstərmişdir ki, Ağdam rayonu Baharlı-1 qəsəbəsində məişət tullantıları yığılmışdır. Texnika olmadığına görə zibilləri yığışdıra bilməmişlər. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məcburi göstərişini almış və bir həftə sonra zibilləri yığışdırmış, lakin ekologiya təşkilatının əməkdaşı əraziyə baxaraq təmizlənmədiyini ona demişdir. Barəsində qanunsuz və əsassız qərar çıxarıldığını qeyd etməklə şikayətin təmin olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi A.S.Ələkbərov məhkəmə baxışında izahat verib S.M.İbrahimovun Ağdam rayonu Baharlı-1 qəsəbəsində yerləşən ərazidə məişət tullantılarının yığılmasına görə deyil, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məcburi göstərişini icra etmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinib, üç min manat məbləğində inzibati cərimə edilməsinə dair təmsil etdiyi idarənin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının qanuni olduğunu qeyd etməklə şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, S.M.İbrahimovun şikayəti təmin edilməyərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinib, üç min manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı dəyişdirilməməlidir. Belə ki, məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının surətindən görünür ki, S.M.İbrahimov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinib, üç min manat məbləğində inzibati cərimə edilmişdir. S.M.İbrahimovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasına səbəb onun ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin yerinə yetirilməməsi olmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon mənzil kommunal istismar sahəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Sadiq İbrahimova ünvanlandığı xx.xx.2025-ci il tarixli Ç-MG/4825004 saylı ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələbindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinətinin xx.xx.2005-ci il tarixli 74 saylı Qərarının tələblərinə uyğun olaraq Ağdam rayonu Birinci Baharlı qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması hallarına yol verilməsi, kənd ərazisində məişət tullantılarının mütəmadi olaraq daşınmasının həyata keçirilməməsi bildirilərək Ağdam rayonu Birinci Baharlı qəsəbəsi ərazisində qalaqlanmış məişət tullantılarının ərazidən daşınaraq ərazinin təmizlənməsinin həyata keçirilməsi, kənd sakinləri ilə məişət tullantılarının kənd ərazisində qalaqlanmaması mövzusunda maarifləndirici söhbətlərin aparılması, kənd ərazisində məişət tullantılarını əraziyə atan şəxslərin tapılması məqsədi ilə müvafiq hüququ-mühafizə orqanına müraciət etməsi tapşırılmışdır. Ağdam Rayonu Quzanlı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 64 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon mənzil kommunal istismar sahəsinə məişət tullantılarının atılmasına görə cərimə yazılmış ərazi Quzanlı Bələdiyyəsinin ərazisinə aid torpaq sahəsi deyil. Beləliklə məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, S.M.İbrahimov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutmuşdur. Həmin maddənin sanksiyasında fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. S.M.İbrahimov barəsində səlahiyyətli orqan tərəfindən qərar qəbul edilərkən prosessual qaydalara əməl olunuşdur. Şikayətə baxılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon mənzil kommunal istismar sahəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Sadiq İbrahimova ünvanlandığı xx.xx.2025ci il tarixli Ç-MG/4825-004 saylı məcburi göstərişində tələb edilənləri icra etməmişdir. «Tullantılar haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilmişdir ki, tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi] tərəfindən həyata keçirilir. Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətinə: hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması; təqsirkar hüquqi və fiziki şəxslərin qanunvericilikdə müəyyən olunan qaydada məsuliyyətə cəlb olunması; qanunvericiliyin tələblərinin pozulması nəticəsində insan sağlamlığına və ətraf mühitə dəyən zərərin ödənilməsinə görə iddia qaldırılması; mülkiyyətçilər tərəfindən tullantılarla bağlı uçot və hesabatın düzgünlüyü; sanitariya, gigiyena, əksepidemik və təbiəti mühafizə tədbirlərinin yerinə yetirilməsinə, gigiyena və ekoloji normativlərə əməl olunması; baş vermiş fəlakət və qəzaların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi; mövcud istehsal proseslərinin tullantılarla əlaqədar təhlili, tullantıların həcminin və təhlükəlilik dərəcəsinin azaldılması imkanlarının araşdırılması; əhalinin tullantılara dair informasiya almaq hüququna əməl olunması; təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələrinin ətraf mühitə təsirin qiymətləndirilməsinə və strateji ekoloji qiymətləndirməyə dövlət nəzarətinin təşkil edilməsi, əhalinin sağlamlığı və ətraf mühit üçün potensial təhlükə yaradan fəaliyyətin dayandırılması və ona xitam verilməsi barədə qərar qəbul edilməsi; tullantıların idxalı, ixracı və tranzit daşınmasına nəzarət daxildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinib, üç min manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar