Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-468/2024 26.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Hüquqi ünvanı ünvan 1n barəsində Azərbaycan Respublikası İXM-in 228-ci maddəsi ilə tərtib olunmuş inzibati materiala Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyi X9 X1 Monitorinq və Nəzarət şöbəsinin mütəxəssisi X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC Ağdam rayonu “Qarqarçay-İ” qum-çınqıl yatağında yerin təkindən istifadə məqsədilə ayrılmış sahədə icazə verilmiş istismar dərinliyini keçərək qanunsuz qum-çınqıl hasilatı aparmışdır. İnzibati materialın məzmununa görə "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyi X9 X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakı təmin edilməmişdir. lakin həmin təşkilatdan məhkəməyə teleqram daxil olmuş və teleqramda iş yükünün çoxluğu ilə əlaqədar işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyi X9 X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 izahatında Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyi X9 X1 protokolu ilə razı olduqlarını, Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə "xxxx" MMC-ni təqsiri olduğunu və təmsil etdiyi hüquqi şəxsə yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublkası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində görə İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tədbiq edilir. Məhkəmə qanunvericiliyini yuxarıda sadalanan maddələrinə əsaslanaraq hesab edir ki, "xxxx" MMC-nin inzibati xətanı törətməsi faktı sübuta yetirilir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 30-34, 106-115 və 228-ci maddələrini rəhbər tutaraq, qərara aldı: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-468/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-468/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver