Məhkəmə qərarları › İş №3(013)-471/2023

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-471/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-471/2023 07.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Mərzili kəndində qeydiyyatda olan, Ağdam rayonu Əfətli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 20 noyabr 2023-cü ildə saat 21:12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, bununla əlaqədar olaraq Ağdam Rayon Polis X1 Şöbəsinin sahənin polis nəfəri vəzifəsində işləyən X2 06 dekabr 2023-cü ildə saat 21 radələrində onun yaşadığı Ağdam rayonunun Əfətli kəndində yerləşən evə gedərək onu polis şöbəsinə dəvət etmiş, həmin vaxt sərxoş halda olan Şəxs yenidən polis əməkdaşlarının və C.M.Əmirovun ünvanına nalayiq ifadələr işlədərək ictimai-qaydanı pozmuş, C.M.Əmirov onu intizama dəvət etmiş, lakin o polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf etməyərək bildirmişdir ki, 06 dekabr 2023-cü ildə 102 xidmətinə zəng vuraraq ona avtomobilə dair başqa şəxsin etibarnamə vermədiyi üçün şikayət etmişdir. Bundan bir neçə gün əvvəl də 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. 06 dekabr 2023-cü ildə evdə olduğu vaxt polis əməkdaşı gələrək onu polis şöbəsinə dəvət etmişdir. Sərxoş olduğundan polis əməkdaşlarının ünvanına söyüş-söyüb söymədiyini xatırlamır. Ağdam Rayon Polis X1 Bölməsinin sahənin polis nəfəri X2 şahid qismində məhkəmədə izahat verib göstərmişdir ki, Şəxs 20 noyabr 2023-cü ildə saat 21:12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla əlaqədar nazirlikdən məktub gəldikdən sonra rəhbərliyin tapşırığına əsasən 06 dekabr 2023-cü ildə saat 21 radələrində onun yaşadığı Ağdam rayonunun Əfətli kəndində yerləşən evə gedərək onu polis şöbəsinə dəvət etmişdir. Sərxoş halda olan Namiq yenidən polis əməkdaşlarının və onun ünvanına nalayiq ifadələr işlədərək ictimai-qaydanı pozmuşdur. Namiqi intizama dəvət etmiş, lakin o qanuni tələbə tabe olmayaraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyməsini davam etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2023-cü il tarixli 3/37/222966/23 saylı məktubu, polis əməkdaşının məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır. İş materiallarında olan sərxoşluq üçün xx.xx.2023-cü il tarixli 720 saylı arayışdan görünür ki, Şəxs inzibati xəta törədərkən yüngül dərəcəli sərxoş olmuşdur. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs həmin gün saat 22:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəyə əsasən otuz gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 06 dekabr 2023-cü il saat 22:00-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar