Məhkəmə qərarları › İş №3(013)-474/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-474/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-474/2024 15.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Xıdırlı kəndində qeydiyyatda olan, Ağdam rayonu Bönövşələr qəsəbəsi ev 156-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 11 iyul 2024-cü ildə saat 22 radələrində ünvan 1 ünvansız nalayiq ifadələr işlədərkən orada xidmət aparan Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları onu intizama dəvət etsələr də polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, 11 iyul 2024-cü ildə özünə məxsus VAZ 21015 ** BS *** nömrəli avtomobilini idarə etmək üçün 17 yaşlı oğlu Elvinə vermişdir. Saat 22 radələrində avtomobilinin çöl sahədə dayandığı barədə məlumat alaraq həmin yerə getmiş, orada avtomobilinin qapıları bağlı vəziyyətdə olduğunu, yanında polis əməkdaşlarının dayandığını görmüşdür. Həmin vaxt oğlunun ünvanına nalayiq ifadələr işlədərək avtomobilini yandıracağını demişdir. Polisin ünvanına sözüş söyməmişdir. Polis əməkdaşları onu sakitləşdirmək istəmiş, lakin o, ünvansız söyüşlər söymüşdür. Polis əməkdaşları onu şöbəyə aparmaq istəmiş, o isə getməmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədə xahiş etmişdir. Ağdam Rayon Polis X3 Polisi Bölməsinin yol patrul xidməti inspektoru X1 şahid qismində məhkəmədə izahat verib göstərmişdir ki, 11 iyul 2024-cü saat 22 radələrində Ağdam rayonunun Əhmədağalı kəndində xidmətdə olduğu vaxt bir nəfər şəxsin avtomobilin işıaqlarını yandırmadan idarə etdiyini görərək saxla işarəsi vermiş, lakin sürücü saxlamamışdır. VAZ 21015 ** BS *** nömrəli avtomobil çöl sahəyə getmiş, orada dayanaraq içərisindən üç nəfər düşərək qapını bağlayıb qaçmışlar. Sonra avtomobilin sahibi Şəxs hadisə yerinə çağırmışlar. Gündüz gəldikdə söyüşlər söyərək avtomobilini yandıracağını demişdir. Gündüzü intizama dəvət etmiş, lakin sonuncu qanuni tələbə tabe olmayaraq nalayiq sözlər işlətməsini davam etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, polis əməkdaşının məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, iki yüz manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar