Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-475/2025 14.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, xx xxxxxx 1977-ci ildə Bərdə rayonu, Yeni Əyricə Ərazi Dairəsi, Mirzalıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayonu, Yeni Əyricə Ərazi Dairəsi, Mirzalıbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində aparılan yoxlama zamanı “MERCEDES” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qeyri-qanuni yükdaşıma fəaliyyəti ilə məşğul olan həmin nəqliyyat vasitəsinin sürücüsü Şəxs adlı şəxs saxla əmrinə tabe olmamışdır, qanunvercilikdə tələb olunan sənədləri müvafiq icra hakimiyyəti orqanının əməkdaşına təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXMnin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə- əlli manat məbləğində cərimə edilir. Beləliklə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən tərtib edilmiş 18 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114 və 117-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: xx xxxxxx 1977-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayonu, Yeni Əyricə Ərazi Dairəsi, Mirzalıbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-475/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-475/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver