Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-482/2023 14.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1993-cü ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq, müəyyənetdi: Məhkəmənin icraatına E.Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə material daxil olmuşdur. xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlərə əsasən E.Şəxs ondan 2845 (iki min səkkiz yüz qırx beş) manat alınaraq X1 verilməsinə dair Ağdam Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(013)-726/2023 saylı qətnaməsinin əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə daxil olmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, protokol və digər sənədlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə uyğun olaraq Ağdam Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Həmin maddəyə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə ki, material məhkəmədə öyrənilərkən məlum olduğu kimi borclu E.Şəxs əmlak vəziyyətini müəyyən edən sənədlər inzibati xəta haqqında protokola əlavə edilməmiş, ondan izahat alınmamış və onun tələbkara olan qalıq borcunun hansı məbləği təşkil etməsi aydınlaşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş protokol və digər sənədlər Ağdam Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-482/2023
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-482/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver