Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-483/2025 18.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X2 barəsində olan «İnzibati tənbeh vermə haqqında» 19 iyun 2025-ci il tarixli, MN seriyalı, № ******* nömrəli inzibati xəta haqqında qərarından verilmiş şikayət üzrə inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «İnzibati tənbeh vermə haqqında» 19 iyun 2025-ci il tarixli, MN seriyalı, № ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmişdir və gəlməməsi barədə məlumat verməmişlər. Məhkəmə iclasında dindirilən şikayətçi X2 izahatında göstərmişdir ki, o, son seçkilərdə Ağdam rayonu, Quzanlı Bələdiyyəsinin sədri iseçilmişdir və həmin vəzifədə qısa müddətdir ki işləyir. Buna baxmayaraq o, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 iyun 2025-ci il tarixli, MN seriyalı, № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə 3000 manat miqdarında cərimə edilmişdir. Bələdiyyənin lazımi texnikasının və işçi qüvvəsinin olmadığını nəzərə alaraq göstərilən nöqsanları aradan qaldırılması üçün ona müəyyən vaxt verilməsinin və ona təyin edilmiş cəriməni şərti tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X1 barəsində qəbul edilmiş “İnzibati tənbehin tətbiq edilməsi haqqında” 19 iyun 2025-ci il tarixli, MN seriyalı, № ******* saylı qərarının sürətindən görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də 3000 (üç min) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsi nəzərdə tutur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Məcəllənin 5.3-cü maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alınır. Sözügedən Məcəllənin 25.7-ci maddəsinə görə bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsində qeyd olunur ki, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi R.Məhərrəmov tənbeh edildiyi inzibai xətanı ilk dəfədir ki, törədir. Həmçinin məhkəmə iclasında Rauf Məhərrəmov göstərilən inzibati xətanın törədilməsi səbəblərini bələdiyyənin balansında müvafiq texnikanın və fəhlə qüvvəsinin olmaması ilə izah etmiş, bununla belə inzibati məsuliyyətə səbəb olan halları aradan qaldırılması üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materialları qiymətləndirib, işin hazırkı halını nəzərə alıb hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 iyun 2025-ci il tarixli MN ******* saylı Qərarı ləğv edilməli, Rauf Məhərrəmov İXM-nin 541-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona maddənin sanksiyası hüdudlarında tənbeh verilməli, həmçinin Azərbaycan Respublikası İXM-nin 25.7 və 116.1-ci maddələrinin müddəaları baxımından cərimə tənbehi şərti olaraq tətbiq edilməli, inzibati məsuliyyətə səbəb olan halların aradan qaldırılması üçün Ağdam Rayon Quzanlı Bələdiyyəsinin sədri Rauf Məhərrəmova 1 ay vaxt müəyyən edilməlidir. Həmin müddət ərzində inzibati məsuliyyət yaradan halların aradan qaldırılması təmin edilərsə qərar icra edilməməli, əks halda isə qərar icra edilməsi üçün yönləndirilməlidir. Məhkəmə belə nətiəcəyə gələrkən qeyd edir ki, inzibati xətalar məcəlləsi heç də inzibati xəta törətmiş şəxsləri cəzalandırmaq məqsədini daşımır. İXM-si inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınması və onlara hörmət olunmasını təmin edir, inzibati xəta törətmiş şəxsin haqqında tətbiq edilən tənbeh ədalətli olmasını, tənbehin inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmasını, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alınmasını ehtiva edir. Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə göstərilmişdir ki, 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 133-134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 19 iyun 2025-ci il tarixli, MN ******* saylı Qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. Ağdam Rayon Quzanlı Bələdiyyəsinin sədri X2 İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 /üç min/ manat məbləğində cərimə edilsin. İXM-nin 25.7-ci və 116.1-ci maddələrinin müddəaları baxımından R.Məhərrəmova təyin edilmiş cərimə tənbehi şərti olaraq tətbiq edilsin. İnzibati məsuliyyətə səbəb olan halların aradan qaldırılması üçün Ağdam Rayon Quzanlı Bələdiyyəsinin sədri Rauf Məhərrəmova 1 /bir/ ay vaxt müəyyən edilsin. Qərardan 10 (on) gün müddətində Agdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-483/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-483/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver