Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-486/2024 23.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, xx.xx.1994-cü ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Şəxs barəsində Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq, müəyyənetdi: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə material daxil olmuşdur. Məhkəmə daxil olmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, protokol və digər sənədlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə uyğun olaraq Ağdam Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Həmin maddəyə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə ki, material məhkəmədə öyrənilərkən məlum olmuşdur ki, inzibati xəta haqqında materialda inzibati xətanın törədiliyi vaxt dəqiq göstərilməmişdir. Ağdam Rayon Polis Şöbəsinin PPXB-nin polis serjantı X1 şöbə rəhbərliyinə yazdığı xx.xx.2024-cü il tarixli raportda inzibati xəta hadisəsinin 23 iyul 2024-cü il tarixdə saat 23:40-da baş verdiyini göstərmişdir. Halbuki inzibati xəta haqqında material məhkəməyə 23 iyul 2024-cü il tarixdə saat 17:00-a qədər daxil olmuşdur. Bundan əlavə sözügedən raportda Şəxs inzibati xəta törədərkən sərxoş olması göstərilmiş, lakin onun sərxoşluğunu müəəyyən edən müvafiq sənədlər materiala əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş protokol və digər sənədlər Ağdam Rayon Polis Şöbəsinə qaytarılsın. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-486/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-486/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver