Məhkəmə qərarları › İş №3(013)-49/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-49/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-49/2025 22.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Ağdam rayonunun Alıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Alıbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 11 dekabr 2024-cü ildə saat 09 radələrində Ağdam rayonunun Alıbəyli kəndində R.Ş.Ağarzayevanı döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf etməyərək göstərmişdir ki, 11 dekabr 2024-cü ildə onun toyuqları oğurlanmış və bu barədə polisə şikayət etmişdir. 11 dekabr 2024-cü ildə səhər vaxtı onun şikayətinə əsasən polis əməkdaşları gəlmişlər. Riyanə polis əməkdaşlarının yanında ona hücum etmişdir. Riyanəni vurmadığını qeyd etməklə ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən R.Ş.Ağarzayeva göstərmişdir ki, 11 dekabr 2024-cü ildə saat 09 radələrində polis əməkdaşları onun yaşadığı evin həyətinə gələrək qonşusu Aynurənin toyuqlarının itdiyini deyərək ona məxsus heyvan saxladığı hinə girib toyuqların şəklini çəkmişlər. Polis əməkdaşı getdikdən sonra Aynurə onu söyüb təhqir etmiş, əlinə ağac parçası götürərək onun qollarından və ayağından vurmuşdur. Aynurə ilə barışmadığını qeyd etməklə qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olmaqla məhkəmədə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, zərər çəkmiş şəxsin izahatı, Ağdam Rayon Polis X2 təhqiqatçısının qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar, zərər çəkmiş şəxsin izahatı və digər iş materialları ilə təsdiq olunur. Şəxs təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar