Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-490/2025 21.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Ağdam rayonunun Zəngişalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonunun Zəngişalı kəndində qeydiyyatda olan, Ağdam rayonunun Zəngişalı kəndində yaşayan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan N.L.Məmmədov məhkəməyə şikayət ünvanlayaraq göstərmişdir ki, xx.xx.2025-ci ildə Goranboy rayonu Ağcakənd qəsəbəsində Goranboy Rayon Polis Şöbəsinin yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən onun barəsində qanunsuz və əsassız olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü (işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə) və 333.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddələri ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz hesab edir. xx.xx.2025-ci il tarixdə saat 21:37 radələrində etibarnamə əsasında idarə etdiyi «BMW 3281 minik» markalı ** CB *** qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Ağcakənd qəsəbəsində yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman «BMW 3281 minik» markalı ** CB *** qeydiyyat nişanlı avtomobildə işıq cihazlarından və səs siqnallarından istifadə etməməsi ona bildirilmişdir. İdarə etdiyi maşında işıq cihazlarından və səs siqnallarından istifadə etmədiyini bildirərək etiraz etmişdir. Bundan başqa sərxoş olub-olmaması müəyən etmək üçün sərxoşluq müayinəsindən keçməsini ondan tələb etmişlər. Sərxoş olmadığına tam əmin olduğu üçün sərxoşluq müayinəsindən keçməyə hazır olduğunu bildirmişdir. Özləri bildiyi müayinədən onu keçirmişlər və ona sərxoş olduğunu bildirmişlər. Qəti olaraq etiraz edib, onların müayinəsinin qərəzli və yalan olduğunu bildirmiş və təcili tibbi yardımdan həkim çağırılmasını və ya onun həmin yerə aparılıb sərxoşluq müayinəsindən keçirilməyini tələb etmiş, lakin həkim tərəfindən müayinə olunmasına imtina etmişlər. «X6» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmamış, avtomobili idarə edərkən işıq cihazlarından və səs siqnallarından istifadə etməmiş və sərxoş olmamışdır. Barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qərəzli olmaqla subyektiv amillərlə bağlıdır. Göründüyü kimi yuxarıda göstərilənlər onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın əsassız və qanunsuz olduğunu təsdiq edir və ləğv edilməlidir. Qeyd edilən səbəblərdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən N.L.Məmmədov şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. N.L.Məmmədovun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Goranboy Rayon Polis X7 Polisi Bölməsinin yol patrul xidməti isnpektoru X3 məhkəmədə izahat verib göstərmişdir ki, xx.xx.2025-ci ildə Goranboy rayonu Ağcakənd qəsəbəsində xidmətdə olduğu vaxt əvvəllər tanımadığı Nahid Məmmədov idarə etdiyi avtomobillə gələrək işarə vermədən dönmə əməliyyatı keçirmişdir. Bu səbəbdən Nahidi saxlatmış və sonuncudan spirtli içki qoxusu gəldiyini hiss etmişdir. Xüsusi aparatla Nahidin sərxoşluğunu yoxlamış və sonuncunun sərxoş olduğunu müəyyən etmişdir. Nahidə həkimdən müayinədən keçməyi təklif etmiş, lakin Nahid getməmiş və pivə içdiyini etiraf etmişdir. Bütün bu hallar videoçəkilişə alınmış və diskə köçürülərək iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, N.L.Məmmədov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinib, dörd yüz manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, N.L.Məmmədovun şikayəti təmin edilməyərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-ci maddəsi işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə məsuliyyət və otuz manat məbləğində cərimə növündə tənbeh nəzərdə tutmuşdur. Həmin Məcəllənin 333.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət və dörd yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılması növündə tənbeh nəzərdə tutmuşdur. N.L.Məmmədov idarə etdiyi avtomobildə işıq cihazlarından və səs siqnallarından istifadə etmədiyini, sərxoş olub-olmaması müəyyən etmək üçün təcili tibbi yardımdan həkim çağırılmasını və ya onun həmin yerə aparılıb sərxoşluq müayinəsindən keçirilməyini tələb etdiyini bildirsə də, bu halı sübut edə bilməmişdir. Həmçinin N.L.Məmmədovun hadisədən sonra da özü sərxoşluğunun olub-olmamasının müəyyən edilməsi üçün könüllü olaraq həkim müayinəsindən keçmək imkanı olmuş, lakin o, bu hüquqdan istifadə etməmişdir. N.L.Məmmədovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokol, Goranboy Rayon Polis X7 Polisi Bölməsinin yol patrul xidməti isnpektoru X2 verdyi izahatla və məhkəməyə təqdim etdiyi bir ədəd disklə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilməsi, şikayətin və ya protestin isə təmin edilməməsi haqqında qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X1 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-490/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-490/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver