Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-491/2023 21.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Mədət qızının iştirakı ilə, xx.xx.2000-ci ildə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 14 oktyabr 2023-cü ildə saat 16 radələrində Ağdam rayonu Ergi düzündə Zərərçəkmiş şəxs döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini qismən etiraf edərək göstərmişdir ki, Bəylər Əzizovun əkin sahəsində fəhlələr üzərində nəzarətçi işlərini görür. Əfsanə həmin sahədə fəhlə işləyib soğan yığmaqla məşğuldur. Sahədən əvvəlcə 3, sonra 6 kisə soğan oğurlanmışdır. Əfsanə onlardan xəbərsiz sahədən soğan aparmışdır. Əfsanə ondan və Bəylərdən 30 kisə soğan istəməmişdir. 14 oktyabr 2023-cü ildə saat 14 radələrində Bəylərlə bir yerdə olduğu vaxt Əfsanə və başqa fəhlələr gələrək onu və Bəyləri söyüb təhqir etmiş, həmçinin onun üstünü cırmışlar. Buna görə Əfsanəni itələmişdir. Əfsanəni əlləri ilə itələdiyinə görə tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərmişdir ki, Bəylər adlı şəxsin əkin sahəsində fəhlə işləyir. 14 oktyabr 2023-cü ildə Bəylərdən soğan almaq istəmiş, lakin Bəylər orada olmamışdır. Soğan almaq üçün Bəylərə zəng vurduqda sonuncu onun zənginə cavab verməmişdir. Əkin sahəsində nəzarət işləri aparan Nicata deyərək 30 kisə soğan götürmüş və Nurlan adlı sürücünün «Qazel»i ilə özünün yaşadığı yerə göndərmişdir. Bundan sonra Bəylər və Nicat onu söyüb təhqir etmiş, Nicat yumruqla onun baş və boyun nahiyyəsindən vurmuşdur. Soğan oğurlamadığını və bu səbəbdən Nicatla barışmadığını bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün qismən etirafı, iş materiallarında olmaqla məhkəmədə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, zərər çəkmiş şəxsin izahatı, Ağdam Rayon Polis X1 təhqiqatçısının qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini qismən etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-491/2023
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-491/2023
21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver