Məhkəmə qərarları › İş №3(013)-492/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-492/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-492/2024 26.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1960-cı ildə Ağdam rayonu, Evoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonu, Evoğlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 25 iyun 2024-cü il tarixdə Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs yaşadığı evə baxış keçirilərkən evin zirzəmisindən 01 ədəd 1958-ci il istehsalı olan P-7999 nömrəli ov tüfəngi aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon Polis şöbəsinin sahə rəisi X2 inzibati protokolu müdafiə edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə evə baxış keçirən zaman evin zirzəmisindən 01 ədəd,1958 –ci il istehsalı P-7999 nömrəli ov tüfəngi aşkar olunmuşdur. Polis əməkdaşları yaxınlaşıb silahın sənədinin olub-olmadığını soruşduqda polis əməkdaşlarına silahın sənədini olmamasını, silahın atasından yadigar qalmasını bildirmişdir. Bundan sonra İJ-56-3 (Belka) modelli silah P-7999 nömrəli ov tüfəngi Şəxs alınaraq Ağdam rayon polis şöbəsinə təhvil verilmiş, bununla bağlı raportla Ağdam rayon polis şöbəsinin rəisi Pərviz İsmayılova müraciət olunaraq Şəxs barəsində tədbir görülməsi xahiş olunmuş, qeyd olunan raport əsasında Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, qeyd olunan ov silahının atasından ona qaldığını, silaha dair heç bir sənədinin olmadığını, silahla heç bir hadisə törətmədiyini, hazırda əməlindən peşman olduğunu bildirdi və barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan MN № ******* nömrəli, 24 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Ağdam RPŞ PPXB-nin taqım komandiri, polis leytenantı İsa Məmmədov xx.xx.2024-cü il tarixdə Ağdam RPŞ-yə raportla müraciət edərək Şəxs 01 ədəd ov tüfəngi aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokola, protokola əlavə olunmuş sənədlərə əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir. Həmçinin məhkəmə Şəxs səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin sanksiyası həddində, yəni obyekti olmuş ov silahı (qoşa lülə) müsadirə edilməklə inzibati cərimə tənbeh növü tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 106-114, 128-130, 590.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib həmin inzibati xətanın obyekti olan 28 və 5,6mm kalibrli, İJ-56-3 (Belka) modelli ov silahı (qoşa lülə) müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. İş üzrə inzibati xətanın obyekti olan və Ağdam RPŞ-də saxlanılan 16 kalibrli, İJ-56-3 (Belka) modelli ov silahı (qoşa lülə) qərar qanuni qüvvəsinə minəndən sonra müsadirə edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar