Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-494/2023 27.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1972-ci ildə Ağdərə rayonunun Araçadzor kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Yeni Qaralar kəndində qeydiyyatda olan, Ağdam rayonu Bənövşələr qəsəbəsi ev 10da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 19 iyun 2023-cü ildə saat 11 radələrində etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi «VAZ 21099» markalı ** RK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağdam rayonunun Bənövşələr qəsəbəsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələbini pozaraq onunla əks istiqamətdə hərəkətdə olan R.V.Cəfərovun idarə etdiyi «HYUNDAİ Elantra» markalı ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə R.V.Cəfərovun sağlamlığına ehtiyatsızlıqdan yüngül bədən xəsarəti yetirmiş və sonuncuya maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, 19 iyun 2023-cü ildə saat 11 radələrində etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi «VAZ 21099» markalı ** RK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağdam rayonunun Bənövşələr qəsəbəsində hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkətdə olan Ruslan Cəfərovun idarə etdiyi «HYUNDAİ Elantra» markalı avtomobil onun yoluna çıxmış və onlar toqquşmuşlar. Hadisə nəticəsində ağır xəsarət alaraq xəstəxanaya aparılmışdır. Polis əməkdaşları onun iştirakı olmadan qərəzli şəkildə hadisə yerinə baxış keçirərək həqiqətə uyğun olmayan sxem və digər sənədləri tərtib etmişlər. Baş vermiş hadisədə təqsirinin olmadığını qeyd etməklə ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən R.V.Cəfərov göstərmişdir ki, 19 iyun 2023-cü ildə saat 11 radələrində darə etdiyi «HYUNDAİ Elantra» markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonunun Bənövşələr qəsəbəsində hərəkətdə olarkən Şəxs sürdüyü «VAZ 21099» markalı avtomobil onun yoluna çıxmış və onlar toqquşmuşlar. Hadisə zamanı yüngül xəsarət almış, həmçinin avtomobilinə təxminən 5000 manat ziyan dəymişdir. Dəymiş ziyanın ödənilmədiyini qeyd etməklə qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ağdam Rayon Polis X1 xx.xx.2023-cü il tarixli qərarının surəti, xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı və digər sübutlarla təsdiq olunur. Şəxs təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alması məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-494/2023
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-494/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver