Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-498/2024 25.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1994-cü ildə Ağdam rayonu, Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam rayonu, Quzanlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 535.1ci maddəsində nəzərdə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala 25 iyul 2024-cü il tarixdə, Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 22 iyul 2024-cü il tarixdə saat 23:40 radələrdə Ağdam rayonu, Quzanlı qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X7 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs 22 iyul 2024-cü il tarixdə saat 23:40 radələrdə Ağdam rayonu, Quzanlı qəsəbəsi, H.Əliyev prospektində sərxoş vəziyyətdə insanlara yüksək səslə və nalayiq ifadələrlə mübahisə yaradırmış. Bir nəfər şəxsə xəsarət yetirdiyi və orada olan digər şəxsə məxsus VAZ-2107 markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobilin şüşələrini sındırmış və həmin avtomobilə təpik zərbələri endirərək özgə əmlakına zərər vurması halı aşkarlanmışdır. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq onu nizam intizama dəvət etsələr də o, buna məhəl qoymamışdır. Həmçinin, həmin şəxs törətdiyi qanun pozuntusuna görə məsuliyyətə cəlb olunub polis şöbəsinə gətirilən zaman, polis əməkdaşlarının avtomobilinə təpiklə zərbələr endirmişdir. Onu dəfələrlə intizama dəvət etsəkdə o, polis əməkdaşının dediklərinə məhəl qoymayaraq yenə öz qanuna zidd hərəkətlərinə davam etmişdir. Sonradan həmin vətəndaş tərəflərindən RPŞ-nə gətirildi və barəsində rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, əməlindən səmimi peşman olduğunu bildirdi və ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin polis post-potrul xidmətin polis nəfəri, polis serjantı X8 ifadəsində göstərdi ki, Şəxs 22 iyul 2024-cü il tarixdə saat 23:40 radələrdə Ağdam rayonu, Quzanlı qəsəbəsi, H.Əliyev prospektində sərxoş vəziyyətdə insanlara yüksək səslə və nalayiq ifadələrlə mübahisə yaradırmış. Bir nəfər şəxsə xəsarət yetirdiyi və orada olan digər şəxsə məxsus VAZ-2107 markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobilin şüşələrini sındırmış və həmin avtomobilə təpik zərbələri endirərək özgə əmlakına zərər vurması halı aşkarlanmışdır. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq onu nizam intizama dəvət etsələr də o, buna məhəl qoymamışdır. Həmçinin, həmin şəxs törətdiyi qanun pozuntusuna görə məsuliyyətə cəlb olunub polis şöbəsinə gətirilən zaman, polis əməkdaşlarının avtomobilinə təpiklə zərbələr endirmişdir. Sonradan həmin vətəndaş tərəflərindən RPŞ-nə gətirildi və barəsində rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin polis post-potrul xidmətin polis nəfərləri X5, X6 və X1 ifadələrində şahid X3 ifadəsini təsdiq etmişdilər. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, şahid ifadələri və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hall hesab edilir. Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli 517 nömrəli aktından görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. İş materiallartırda olan 23 iyul 2024-cü il tarixli № MN ******* inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 iyul 2024-cü il tarixdə, saat 00:30da inzibati qaydada tutulmuş və 24 iyul 2024-cü il tarixdə, saat 15:00-da azad edilmişdir. Odur ki, həmin müddət nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 106-114, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib onun barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilsin. Şəxs 23 iyul 2024-cü il tarixdə saat 00:30-dan 24 iyul 2024-cü il tarixdə, saat 15:00-dək inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla, üzərinə qəti olaraq 14 (on dörd) gün müddətinə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 25 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Ağdam və Bərdə rayon Polis Şöbələrinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-498/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-498/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver