Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-498/2025 28.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakimi Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, X1 nümayəndəsi /vəkil/ Vəkil iştirakı ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X6 06 mart 2025-ci il tarixli, MN ******* saylı Qərarından verdiyi şikayəti üzrə inzibati materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Samid Nəcəfli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X6 06 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. S.Nəcəfli ərizəsində qeyd etmişdir ki, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında Qərarı ilə 1700 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Daha sonra bu Qərardan şikayət vermişdir. Hazırda həmin mübahisə üzrə məhkəmə işi Ağdam Rayon Məhkəməsinin icraatındadır (hakim Rafiq Məmmədov, iş № 3(013)- 358/2025). Belə ki, sözügedən qərar barədə məhkəmə baxışı davam edən zaman həmin Qərar Bakı Şəhər İdarəsi tərəfindən icra edilməsi üçün Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Bu zaman sözügedən Qərarın baxılması üçün məhkəmə icraatında olması ilə bağlı məlumat vermək məqsədi ilə xx.xx.2025-ci il tarixdə icra şöbəsinə müraciət etdikdə ona bildirilmişlər ki, həmin qərarın predmeti üzrə (X5 əmək müqaviləsinə xitam verilməsi /İXM-nin 192.6-ci maddəsi üzrə/) hissəsində Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nın X12 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında Qərarı ilə barəsində 1500 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Göründüyü kimi inzibati orqan eyni predmet üzrə, eyni gündə onun barəsində təkrar olaraq inzibati tənbeh tətbiq etmişdir. X12 tərəfindən qəbul edilmiş qərar rəsmi olaraq ona təqdim edilmədiyindən onunla bağlı məlumat yalnız icra şöbəsinə müraciət etdikdən sonra ona məlum olmuşdur. Bu səbəbdən dərhal X7 müraciət etmiş, ona bildirilmişdir ki, eyni tarixdə Bakı Şəhər İdarəsinin qəbul etdiyi qərardan məlumatları olmamışdır. Daha sonra xx.xx.2025-ci il tarixdə X6 əməkdaşı tərəfindən sözügedən qərar rəsmi olaraq direktoru olduğu "xxxx" MMC-nin "e-mail" ünvanına göndərilmişdir. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənləri əsas gətirib məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Samid Nəcəflinin nümayəndəsi /vəkil/ Vəkil ərizəni müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, hüquqlarını müdafiə etdiyi S.Nəcəfli X10 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı Qərarı ilə vətəndaş Gülcanan Hüseynova ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələblərini pozmasına görə İXM-nin 192.6-ci maddəsi ilə 1700 manat cərimə edilmiş, həmin Qərardan verilmiş şikayət Ağdam Rayon Məhkəməsi tərəfindən təmin edilməmişdir. Hazırda həmin cərimə məbləği ödənilmişdir. Buna baxmayaraq eyni əmələ görə DƏMX-nın X12 tərəfindən də təkrarən eyni tarixdə, yəni xx.xx.2025ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında Qərarla S.Nəcəfli yenə də 1500 manat məbləğində cərimə edilmişdir ki, belə bir hal inzibati xətalar məcəlləsi ilə qadağan edilmişdir. Ona görə də məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X12 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə X6 nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materialarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, S.Nəcəfli xx.xx.1992-ci il təvəllüdlüdür. Ərizəyə əlavə edilmiş X10 Xidməti X6 rəisi A.Baxşəliyev tərəfindən tərtib edilmiş 06 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarının surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X9 müəssisənin işçisi X4 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərini pozaraq xitam verilməsinə görə İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş 06 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, X9 Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1700 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Qeyd olunan Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Sözügedən Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edildi ki, S.Nəcəfli X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən vətəndaş Gülcahan Hüseynova ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin tələblərini pozmasına görə xx.xx.2025-ci il tarixli, MN ******* saylı Qərarla 1700 manat məbləğində cərimə edilmiş, DƏMX-nın X12 tərəfindən təkrarən həmin əmələ görə xx.xx.2025-ci il tarixli, MN ******* saylı Qərarla o, 1500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Belə olan halda şikayət təmin edilməklə S.Nəcəfli barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X6 06 mart 2025-ci il tarixli, MN ******* saylı Qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.7, 105-115-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X9 barəsində - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X6 06 mart 2025-ci il tarixli, MN ******* saylı Qərarı ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №3(013)-498/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-498/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver